gundem / hadise / dunya
16.06.2023, 12:30
ABŞ-da tornado 3 nəfərin ölümünə, 100-ə qədər yaralanmasına səbəb olub
Ötən gün Texasın Perriton şəhərində baş verən tornado nəticəsində 3 nəfər ölüb, 75-100 nəfər yaralanıb.
"dogruxeber.tv" bildirir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən ABC telekanalının yerli bölməsi məlumat yayıb.
Onun sözlərinə görə, Perritonda treyler evləri və telekommunikasiya qüllələri də dağıdılıb. Bundan əlavə, elektrik enerjisində fasilələr var. Bununla bağlı yerli xəstəxananın nümayəndəsi telekanala bildirib ki, müəssisə elektrik generatorlarının köməyi ilə işləməyə məcbur olub.
dogruxeber.tv
Gültəkin Talıbızı


