hadise / dunya
10.07.2020, 14:26
ABŞ-da tornado: Ölən və yaralananlar var

ABŞ-ın Minnesota ştatında baş vermiş fırtına bütöv bir şəhəri məhv olmaq təhlükəsi ilə üz-üzə qoyub.
dogruxeber.tv REN TV-ə istinadən xəbər verir ki, yayımlanan görüntülərdə nəhəng ölçülü hava burulğanının nə qədər qorxulu miqyas aldığı əks olunub.Qasırğa sürətlə onlarla avtomobilin hərəkətdə olduğu magistral yola doğru hərəkət edib.
Tornado bir nəfərin həyatına son qoyub, iki nəfər yaralanıb. Bundan əlavə, bir neçə təsərrüfat yerlə-yeksan olub, yaşayış evlərinə ciddi ziyan dəyib.


