dunya
13.05.2018
Parisdə naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib, ölən və yaralananlar var

Parisin 2-ci dairəsində naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib. dogruxeber.tv-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
Məlumata görə, yaralananlardan iki nəfərin vəziyyəti ağırdır.
Silahlı şəxs polis əməkdaşları tərəfindən məhv edilib.
İnsidentin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.


