dunya
8.03.2018, 09:10
Peruda avtobus uçuruma aşıb, çox sayda ölən və yaralananlar var

Peruda sərnişin avtobusunun uçuruma aşması nəticəsində 10 nəfər ölüb, 40 nəfər xəsarət alıb.
dogruxeber.tv-ın “Andino” agentliyinə istinadən verdiyi xəbərə görə, paytaxt Limadan Ayakuço şəhəri istiqamətində hərəkət edən avtobus yoldan çıxaraq 120 metr hündürlükdən uçuruma yuvarlanıb.
Ölənlərdən 4-ü kişi, 6-sı qadın, 2-si isə uşaqlardır. Xəstəxanaya çatdırılan yaralılardan 6-nın vəziyyəti ağır kimi qiymətləndirilir. Qəzanın səbəbləri müəyyənləşdirilir.Qeyd edək ki, fevralın sonunda Peruda sərnişin avtobusunun 200 metr hündürlükdən uçuruma aşması nəticəsində 44 nəfər həyatını itirib.
@dogruxeber.tv


