hadise
26.07.2018, 09:41
Bakıda fərdi evdə yanğın olub

Bakıda yanğın hadisəsi qeydə alınıb.
dogruxeber.tv Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Pirallahı rayonunda ümumi sahəsi 45 m² olan 3 otaqlı evin 1 otağında ev əşyaları 5 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.


