hadise
11.06.2018, 08:22
Neftçalada və Göyçayda ev yanıb

Neftçala və Göyçayda yanğın hadisəsi qeydə alınıb.
dogruxeber.tv-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Neftçala rayonunda ümumi sahəsi 300 m² olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün, ikinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 150 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Göyçay rayonunda isə ümumi sahəsi 50 m² olan kürsülü birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


