bolge
21.05.2018
Şəmkirdə 4 otaqlı ev yanıb

Şəmkirdə yanğın olub. dogruxeber.tv-in FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonu, Zəyəm Cırdaxan kəndində ümumi sahəsi 260 m2 olan kürsülü birmərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə dam örtüyünün yanar konstruksiyaları 120 m2 sahədə və 1 otağının yanar konstruksiyaları 52 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


