bolge
13.05.2018, 08:39
Xaçmazda 2 otaqlı ev yanıb

Xaçmazda yanğın olub. dogruxeber.tv-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun, Qobuqıraq kəndində ümumi sahəsi 50 m2 olan ikimərtəbəli 2 otaqlı evdə baş verib. Nəticədə evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 18 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


