bolge
11.03.2018, 09:23
Şamaxıda 4 otaqlı, Şabranda isə 8 otaqlı ev yanıb
![]()
Şamaxı və Şabranda yanğın baş verib. dogruxeber.tv-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Şamaxı rayonu, Meysəri kəndində ümumi sahəsi 117 m2 olan birmərtəbəli, 4 otaqlı evin 1 otağının tavanı 18 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Şabran rayonunda ümumi sahəsi 270 m2 olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 16 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


