hadise
27.03.2018, 09:20
Bakıda ev yanıb
![]()
Bakıda yanğın hadisəsi qeydə alınıb.
dogruxeber.tv-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Pirallahı rayonunda ümumi sahəsi 40 m2 olan birmərtəbəli (hazırda yaşayış olmayan) 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 20 m2 sahədə və ev əşyaları qismən yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


