hadise
16.03.2018, 09:16
Bakıda iki mənzildə yanğın olub

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 80 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, bitişik tikilmiş ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin hamamının tavanı 2 m2 sahədə yanıb, yüksək temperaturdan hamamın plastik qapısı əriyib.
dogruxeber.tv-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


