hadise
27.06.2018, 09:11
Bakıda 3 otaqlı ev yanıb

Bakıda yanğın olub. dogruxeber.tv-in FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Xəzər rayonunda ümumi sahəsi 80 m2 olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin dam örtüyünün yanar konstruksiyaları 10 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


