hadise
7.07.2018
Bakıda evdə yanğın olub, bir nəfər tütüdən zəhərlənərək ölüb

Bakı sakini evində baş verən yanğın zamanı tütüdən zəhərlənərək ölüb.
Bizimyol.info Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Türkan qəsəbəsində baş verib.
Bildirilib ki, iyulun 6-da saat 11 radələrində Xəzər rayonunun Türkan qəsəbəsində yaşayan Süleyman Abbasquliyevin evində yanğın baş verib. Nəticədə 12 kvm. sahədə konstruksiyalar və oradakı əşyalar yanıb. S.Abbasquliyev tüstüdən zəhərlənərək ölüb.


