Abşeron rayonunda “14 iyul 1969-cu il – Böyük gələcəyə aparan yol” mövzusunda tədbir keçirilib

DogruXeber.tv: Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlməsinin 57-ci ildönümü qeyd edilib. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron RİH yanında İctimai Şuranın və Abşeron Ağsaqqallar Şurasının sədrləri, hüquq-mühafizə orqanlarının, idarə və təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə çiçəklər düzüb, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, Azərbaycanın bugünki inkişafı, qalib dövlət kimi dünya arenasında özünəməxsus yer tutması, tanınması və müasirləşməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin respublikamızın inkişafındakı və bir dövlət kimi məhv olmaq təhlükəsinin aradan qaldırılmasındakı misilsiz xidmətlərindən danışan RİH başçısı Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixindən başlayaraq ölkəmizdə yaşanan intibahdan, respublikamızda geniş vüsət alan hərtərəfli inkişafdan söz açıb, dahi şəxsiyyətin hər zaman qürur və iftixar hissi ilə xatırlandığını və yad edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycanın bundan sonrakı inkişafının, gələcəyinin və daha da güclənməsinin Ümummilli Lider Heydər Əliyevin ideyalarına bağlı olduğunu vurğulayan RİH başçısı əlavə edib ki, hər kəs bu ideyaları icra etmək üçün var gücü ilə çalışmalı və ona sadiq olmalıdır.
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti, siyasi iradəsi və hərtərəfli düşünülmüş qərarları ilə xalqımız Vətən Müharibəsində şanlı zəfər çaldı, işğal altındakı torpaqlarımız azad olundu, suverenliyimiz və ərazi bütövlüyümüz tam bərqərar oldu.
Sonra Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və onu öz mübarizliyi, qətiyyəti ilə müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə siyasi rəhbərliyə gəlməsinin mühüm tarixi hadisə olduğunu qeyd edən təşkilat sədri vurğulayıb ki, Ulu Öndər ömrünü dövlətimizin çiçəklənməsinə və rifahına, xalqımızın inkişafına həsr edib.
Sonra Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış edərək bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb. Şəhid anası əlavə edib ki, Vətən Müharibəsində qazanılan qələbə də Ümummilli Liderin adı ilə bağlıdır. Çünki Ulu Öndərin təməlini qoyduğu ordu və milli kadrların hazırlanması, o cümlədəm Müzəffər Ali Basş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə diqqət və qayğı göstərməsi nəticəsində silahlı qüvvələrimiz öz gücünü günü-gündən artırdı və son nəticədə Qarabağ öz azadlığına, öz sahiblərinə qovuşdu.
Daha sonra Vətən Müharibəsi qəhrəmanı, Qəzənfər Ağayev çıxış edərək xalqımızın xilaskarı, dahi şəxsiyyət Heydər Əliyevin xidmətlərindən danışıb, müdrik siyasətçinin hakimiyyətə gəldiyi gündən etibarən Azərbaycanda iqtisadi, siyasi, mədəni, aqrar, elm, təhsil sahələrində yüksək uğurlar əldə olunduğunu, ordu quruculuğunun əsasının qoyulduğunu və inkişaf etdirildiyini qeyd edib.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörənliyi, ordu quruculuğunun müasirləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi ilə ölkəmizin qüdrəti daha da artıb. Hazırda silahlı qüvvələrimizin gücü bütün təxribatların qarşısını vaxtında almağa və lazımi cavabı verməyə tam qadirdir.
Abşeron rayonunda “14 iyul 1969-cu il – Böyük gələcəyə aparan yol” mövzusunda tədbir keçirilib
Abşeron rayonunda “14 iyul 1969-cu il – Böyük gələcəyə aparan yol” mövzusunda tədbir keçirilib
Abşeron rayonunda “14 iyul 1969-cu il – Böyük gələcəyə aparan yol” mövzusunda tədbir keçirilib

Son xəbərlər

Bakının bu ərazisində zibili eşşək arabası ilə yığırlar

Abşeron rayonunda “14 iyul 1969-cu il – Böyük gələcəyə aparan yol” mövzusunda tədbir keçirilib

Meyson Qrinvud "Fənərbağça"da

“Azəridad” toyuq kolbasası istehsal edən müəssisədə nöqsanlar aşkarlanıb

Kəlbəcərdə 1989-cu il 14 iyul faciəsinin qurbanları anılıb

Bu ölkə İran təyyarələrinə qadağa qoydu

Ağdərədə ər və arvad FACİƏLİ ŞƏKİLDƏ öldülər

Milli Məclisin sessiyası yekunlaşdı - Deputatlar tətilə çıxdı

Qapıları bağlayırıq – Rusiya Avropada ən böyük müttəfiqini itirdi

"Şuşa Media Forumu informasiya diplomatiyasının böyük uğurudur”

172 nömrəli avtobusun hərəkəti dəyişir

AAY DÖVLƏT AGENTLİYİNİN ZAQATALA RAYON 14 NÖMRƏLİ YOL İDARƏSİNİN YENİ RƏHBƏRLİYİ İDARƏ MAŞINLARINI LOQOLARINI NİYƏ SÖKÜB?

Ukraynada müdafiə naziri də dəyişir

Süni intellekt artıq reallığa çevrilib.

40° isti, külək, yağış... -SABAH

Şamaxıda dəhşət: kürəkəni tərəfindən öldürüldü

“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib

İyul ayının pensiyaları ödənildi

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək

Balıqçılıq məhsullarının yeni satış qaydası

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Yarımfinalda nəhənglər meydana çıxır...

"Atom bombası hazırlamağın vaxtı çatıb" - İranlı parlamentari

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi başlanır

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? –ŞOK detallar

İlham Əliyev Slovakiya Prezidenti ilə təkbətək görüşdü

Meksikada güclü zəlzələ

İran Hörmüzdə tankerlərə atəş açıb, ölən var

Bütün xəbərlər