Abşeronda Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib - FOTOLAR

Müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın xilaskarı və dahi şəxsiyyət Heydər Əliyevin anım günü Abşeron rayonunda dərin ehtiramla qeyd edilib.

"dogruxeber.tv" xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının, YAP Abşeron Rayon Təşkilatının, Abşeron RİH yanında İctimai Şuranın və Abşeron rayon Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

İştirakçılar öncə Xırdalan şəhərində Ulu Öndərin adını daşıyan Parkda ucaldılmış abidəsini ziyarət edib, Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni oxunub. Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Abşeron RİH-in başçısı Abdin Fərzəliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü misilsiz xidmətlərdən, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçiridiyi uğurlu siyasətdən danışıb. RİH başçısı qeyd edib ki, vaxt keçdikdə Ümummilli Liderin xalqımız üçün nə qədər böyük işlər gördüyü, dövlətimizin inkişafı, gələcəyimiz üçün nə qədər mükəmməl və uzaqgörənliklə düşünülmüş siyasi kurs müəyyənləşdirdiyi daha dərindən dərk edilir. Heydər Əliyevin xatirəsi dahi şəxsiyyət və böyük ideyaların müəllifi kimi nəsildən-nəslə keçərək Azərbaycan xalqının qəlbində daimi yaşayacaqdır. Xalqımız Ümummili Lider Heydər Əliyevin nurlu xatirəsini daima xatırlayır, onun idealarına böyük sədaqət nümayiş etdirir.

Daha sonra YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış edərək bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi milli birliyimizə, inkişafımıza, xalqımızın rifahına xidmət edib. Qeyd edilib ki, Heydər Əliyev müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Əsası Ulu Öndər tərəfindən qoyulan siyasət bu gün dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə və uğurla davam etdirilir. Məhz Ulu Öndərin ideyalarının uğurla həyata keçirilməsinin nəticəsidir ki, bu gün biz bütöv Azərbaycanda yaşayır və işğaldan azad edilən torpaqlarımızda Ümummilli Lideri anıb, xatirəsini dərin ehtiramla yad edirik.

Abşeronda Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib - FOTOLAR

Abşeronda Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib - FOTOLAR

Abşeronda Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib - FOTOLAR

Abşeronda Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib - FOTOLAR

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər