Abşeron rayonunda “1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü” silsilə tədbirlərlə qeyd edilib

"dogruxeber.tv" bildirir ki, “1İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Xırdalan şəhərindəki Heydər Əliyev Parkında xalqımızın zəfəri ilə başa çatan Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn igidlərimizin 80-ə yaxın övladı üçün bayram tədbiri keçirilmişdir. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri iştirak etmişdir. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Parkda təşkil olunan “Şuşa uşaqların gözü ilə” adlı uşaq rəsmlərindən ibarət sərgiyə baxış keçirilmiş, şəhid övladları üçün əyləncəli proqram təqdim olunmuşdur.
RİH başçısı şəhid ailələri və övladları ilə görüşmüş, onların qayğıları və problemləri ilə maraqlanmış, xatirə şəkili çəkdirmişdir.
Şəhid ailələri də öz növbələrində onlara böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər.
Daha sonra bayram tədbiri Abşeron Mədəniyət Mərkəzində davam etdirilmişdir. Rayon ərazisində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin hazırladığı rəngarəng bayram proqramı təqdim edilmişdir.
Konsertdən sonra şəhid övladları Limuland Əyləncə Mərkəzinə aparılmış, uşaqların günlərinin əyləncəli başa çatması üçün lazimi tədbirlər görülmüş, onlara bayram hədiyyələri verilmişdir.

***
Abşeron rayonunun Saray qəsəbəsində yerləşən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsində “1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü” qeyd edilmişdir. Tədbirdə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron Rayon Təşkilatının sədri iştirak etmişdir. İştirakçılar əvvəlcə müəssisədə yaradılan şəraitlə tanış olmuş, müəssisəninin istedadlı uşaqlarının hazırladıqları əl işləri ilə tanış olmuşlar.
Sonra akt zalında baş tutan bayram tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirmişdir ki, Azərbaycanda uşaqların müdafiə olunması, onlara diqqət və qayğının göstərilməsi istiqamətində böyük işlər görülüb. Qeyd olunmuşdur ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət hazırda da cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq hüquqlarının müdafiəsi, onların təhsili, asudə vaxtının təşkili uğurlu şəkildə həyata keçirilməkdədir. Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə respublikamızda neçə-neçə məktəbəqədər təhsil müəssisəsi, orta məktəblər, olimpiya kompleksi tikilərək gül balaların istifadəsinə verilmişdir. Həmin işlər bu gün də davam etdirilməkdədir.
Sonra çıxış edən Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunmasının qərara alındığını bildirmiş, ölkəmizdə də bu tədbirlərin sevilərək keçirildiyini qeyd etmişdir.
Daha sonra 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin kollektivi tərəfindən hazırlanan konsert proqramı təqdim olunmuşdur.
Müəssisənin bütün uşaqlarına bayram hədiyyələri verilmişdir.

Abşeron rayonunda “1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü” silsilə tədbirlərlə qeyd edilib

Son xəbərlər

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Bütün xəbərlər