Abşeron rayonunda şəhid Rasim Abdullayevin 45-ci doğum günü silsilə tədbirlərlə qeyd edilmişdir

"dogruxeber.tv" xəbər verir ki, Abşeron rayonunda şəhid Rasim Abdullayevin 45-ci doğum günü silsilə tədbirlərlə qeyd edilmişdir

Azərbaycanın zəfəri ilə başa çatmış 44 günlük Vətən Müharibəsi zamanı şəhid olmuş ən yüksək rütbəli hərbi həkim, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuş Tibb Xidməti polkovnik-leytenantı Abdullayev Rasim Yaqub oğlunun (21.02.1975-16.11.2020) anadan olmasının 45-ci ili münasibəti ilə Abşeron rayonunda Abidə Bulaq Kompleksi istifadəyə verilmişdir.

 Abşeron rayonunda şəhid Rasim Abdullayevin 45-ci doğum günü silsilə tədbirlərlə qeyd edilmişdir

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilərlə birgə II Fəxri Xiyabanda şəhidimizin məzarını ziyarət etmiş, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilmiş, ruhlarına dualar oxunmuş, məzarları üzərinə tər çiçəklər düzülmüşdür.
İştirakçılar daha sonra Bakı-Şamaxı yolunun Abşeron rayonuna düşən hissəsində yeni inşa edilən Abidə Bulaq Kompleksinin istifadəyə verilməsində iştirak etmişlər.

 Abşeron rayonunda şəhid Rasim Abdullayevin 45-ci doğum günü silsilə tədbirlərlə qeyd edilmişdir

Bildirilmişdir ki, şəhid Rasim Abdullayevin adının əbədiləşdirilməsi məqsədi ilə inşa edilən Abidə Bulaq Kompleksi qara mərmərdən hazırlanmış, əraziyə su və kanalizasiya xətti çəkilmiş, şəhid haqqında zəruri məlumatlar abidəyə həkk olunmuşdur.
Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilən müvafiq göstəriş və tapşırıqlara uyğun olaraq kompleksin ətrafında mini park yaradılmış, ərazidə həmişəyaşıl ağac və gül kolları əkilmiş, müasir standartlara uyğun oturacaqlar və zibil yeşikləri quraşdırılmış, yol kənarındakı hasarların rənglənməsi həyata keçirilmiş və ərazidə ümumi şəkildə təmir-abadlıq işləri aparılmışdır.

 Abşeron rayonunda şəhid Rasim Abdullayevin 45-ci doğum günü silsilə tədbirlərlə qeyd edilmişdir

Tədbirdə şəhid Rasim Abdullayevin keçdiyi döyüş yolundan, göstərdiyi şücaətlərdən danışılmış, məktəblilər tərəfindən vətənpərvərliyə və qələbəyə aid şeirlər səsləndirilmişdir.
Sonra Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində şəhid Rasim Abdullayevin həyat və fəaliyyətini və müxtəlif dövrlərdə qələmə aldığı şeirləri özündə əks etdirən “Son nida” kitabının təqdimatı keçirilmişdir. Təqdimat mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkili Aqil Məmmədov, şəhid ailələri və rayon ictimaiyyəti iştirak etmişdir.

 Abşeron rayonunda şəhid Rasim Abdullayevin 45-ci doğum günü silsilə tədbirlərlə qeyd edilmişdir

Tədbirdə Abşeron məktəbliləri şəhid Rasim Abdullayevin şeirlərini səsləndirmişlər.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev günün sonunda şəhid Rasim Abdullayevin əvvəllər yaşadığı evinə gedərək onun ailə üzvləri ilə görüşüb. Ailənin problemləri, qayğıları ilə maraqlanıb. RİH başçısı Abşeron rayonunda bundan sonra da şəhid ailələrinə və qazilərə diqqət və qayğının daimi olaraq göstəriləcəyini bildirmişdir.

 Abşeron rayonunda şəhid Rasim Abdullayevin 45-ci doğum günü silsilə tədbirlərlə qeyd edilmişdir

Şəhid Rasim Abdullayevin ailəsi onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

Son xəbərlər

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

Bütün xəbərlər