Abşeron rayonunda şəhid ailələri və qazilərə diqqət və qayğı davam etdirilir - FOTO

"dogruxeber.tv" xəbər verir ki, Abşeron rayonunda Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən müxtəlif orden medallarla təltif olunmuş şəhid və müharibə iştirakçılarına medalların təqdimetmə mərasimi keçirilmişdir. Heydər Əliyev Mərkəzində baş tutan mərasimdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon İdarəsinin rəisi Ruslan Rəhimov, Rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik Cəfər Cəfərov, Abşeron rayon prokuroru Qabil Qasımov, şəhid ailələri, Vətən müharibəsi qaziləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Abşeron rayonunda şəhid ailələri və qazilərə diqqət və qayğı davam etdirilir - FOTO

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Xırdalan şəhərində yerləşən abidəsi ziyarət edilmişdir və xatirəsi dərin ehtiramla yad edilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Giriş sözü ilə mərasimi açıq elan Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün davam edən Vətən savaşında şanlı Azərbaycan Ordusu düşməni diz çökdürərək torpaqlarımızı işğalçılardan təmizlədi və ərazi bütövlüyümüzü bərpa etdi. Ali Baş Komandanın iradəsi ilə dəmir yumruğa dönən möhtəşəm xalq bu Zəfəri ilə tarixə qızılı hərflərlə yeni səhifə yazdı. Bu dəmir yumruq xalqın gücünü, milli birliyini, vəhdətini, mübarizliyini bütün dünyaya bəyan etdi. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

Rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncamlarla Füzulinin, Xocavəndin, Zəngilanın, Cəbrayılın, Qubadlının, Ağdamın, Şuşanın, Kəlbəcərin, Laçının, Suqovuşanın, ümumiyyətlə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları müxtəlif orden və medallarla təltif edilmişlər. Həmçinin Abdin Fərzəliyev çıxışında vurğuladı ki, bu gün Abşeron rayonunda yaşayan şəhid ailələrinin, qazilərin, eləcə də müharibə iştirakçılarının hər birinin qayğıları bundan sonra da diqqət mərkəzində olacaqdır. O qeyd etmişdir ki, Vətən müharibəsində canından keçən bütün şəhidlərimizin, qazilərimizin, eləcə də müharibə iştirakçılarının göstərdiyi qəhrəmanlıq, şücaət dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə onlar orden və medallarla təltif olunmuşlar.
Sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən təltif olunmuş Vətən müharibəsi şəhidlərinin ailələrinə və iştirakçılarına orden və medallar təqdim olundu.

Abşeron rayonunda şəhid ailələri və qazilərə diqqət və qayğı davam etdirilir - FOTO

Şəhid qəhrəmanlarımız - baş-leytenant Vəliyev İlqar Cahit oğlunun ailəsinə “Xocavəndin azad olunmasına görə” medalı, Cavadov Ələsgər Elxan oğlunun ailəsinə “Azərbaycan bayrağı” ordeni, İsgəndərov Anar Vahid oğlunun ailəsinə “Azərbaycan bayrağı” ordeni, Məcidov Səbuhi Ağalətif oğlunun ailəsinə “Suqovuşanın azad olunmasına görə” medalı, kapitan Musibov Veysəl Yadullayeviçin ailəsinə “Füzulinin azad olunmasına görə” medalı, Xəlilov Namiq İlyas oğlunun ailəsinə “Azərbaycan bayrağı” ordeni, “Kəlbəcərin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları, Dövlətov Zaur Zahir oğlunun ailəsinə “Azərbaycan bayrağı” ordeni, Bürcəliyev İlqar Vüqar oğlunun ailəsinə “Suqovuşanın azad olunmasına görə” medalı, Rəhimov Ülvi Rabil oğlunun ailəsinə “Azərbaycan bayrağı” ordeni, Allahverdiyev Babək Bəxtiyar oğlunun ailəsinə “Azərbaycan bayrağı” ordeni, Cəfərov Balaş Namiq oğlunun ailəsinə “Füzulinin azad olunmasına görə” medalı, cəsur müharibə veteranlardan Mütəllimov İslam Ağamir oğluna və Eminov Ziyaməddin Bahəddin oğluna “Suqovuşanın azad olunmasına görə” medalları təqdim edilmişdir.

Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, hər zaman onlara dayaq olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Abşeron rayonunda şəhid ailələri və qazilərə diqqət və qayğı davam etdirilir - FOTO

Rayon İcra Hakimiyyətinin başçısı Xırdalan şəhərindəki Şəhidlər Abidə Kompleksini ziyarət etmiş, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin məzarları üzərinə çiçəklər düzüb, onların xatirəsini bir dəqiqəlik sükutla yad etmişdir. İlk iş günündə İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Xırdalan şəhərinin mərkəzi parkında və Şəhidlər Abidə Kompleksinin ərazisində abadlıq işlərinin vəziyyəti ilə tanış olmuş, aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.

Abşeron rayonunda şəhid ailələri və qazilərə diqqət və qayğı davam etdirilir - FOTO

Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyev Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Musibov Veysəl Yadulla oğlunun əvvəllər yaşadığı evə gedərək, ailəsini ziyarət etmişdir. O, şəhidin ailə üzvləri ilə görüşərək onların qayğıları və problemləri ilə maraqlanmışdır. Şəhid Veysəl Musibovun anası dövlət tərəfindən bütün şəhid ailələri kimi onların ailəsinin də daim diqqət və qayğı ilə əhatə olunduqlarını, Xırdalan şəhərindəki 5 nömrəli tam orta məktəbə oğlunun adının verildiyini vurğulayaraq, göstərilən hər çür dəstək və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmişdir. Qeyd edək ki, şəhid ailəsinin xahişi nəzərə alınaraq, 5 nömrəli tam orta məktəbdə şəhidin büstünün qoyulması üçün müvafiq tapşırıqlar verilmişdir.

Abşeron rayonunda şəhid ailələri və qazilərə diqqət və qayğı davam etdirilir - FOTO

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev əvvəlcə II Fəxri Xiyabanda dəfn olunan Abşeron rayonunun şəhidlərin məzarlarını, daha sonra isə rayonun Hökməli, Qobu, Güzdək, Məmmədli, Digah və Mehdiabad qəsəbələrində dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət edərək, üzərinə tər güllər qoymuşdur. Məzarlıqda şəhidlərin ailə üzvləri ilə görüşən Abdin Fərzəliyev onların qayğı və problemləri ilə maraqlanmışdır. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirərək ölkə rəhbərliyinə təşəkkürlərini ifadə etmişlər.
RİH başçısı Hökməli və Qobu məscidlərinə baş çəkmiş, şəhidlərin ruhuna dualar oxunmuş, qəsəbə ağsaqqalları ilə görüşərək vəziyyətlə maraqlanmış, onların arzu və istəklərini dinləmişdir.
Daha sonra RİH başçısı şəhid Əhmədov Emil Bahadur oğlunun evinə gedərək onun övladı Tofiq Əhmədovun doğum günündə iştirak etmişdir. Şəhid övladını 15 yaşı münasibəti ilə təbrik edərək ailənin qayğıları ilə maraqlanaraq, rayonun bütün şəhid ailələrinə olduğu kimi, onların ailəsinə də hər cür lazımi dəstəyin bundan sonra da göstəriləcəyini qeyd etmişdir.

Oxunub: 809

Son xəbərlər

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bütün xəbərlər