gundem / hadise / Cəmiyyət
5.10.2024, 15:45
"Azərenerji"nin prezidentinə şiddətli töhmət verildi
"Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.
"dogruxeber.tv"ın Qaynarinfo-ya istinadən xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Sərəncamla 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.



