2018-ci il qəzasının təkrarlanmaması üçün “Azərenerji” modernləşmiş sistem yaradır












2018-ci ildə enerjisistemdə baş verən qəzanın bir daha təkrarlanmaması üçün “Azərenerji” qəza rejimlərinin məhdudlaşdırılması və tam ləğvini mümkün etmək üçün mikroprosessorlu rele mühafizəsi və modernləşdirilmiş yeni əks-qəza avtomatikası sistemi formalaşdırır.

dogruxeber.tv Metbuat.az-a istinadən xəbər verir ki, yenilənmiş sistemin sayəsində hansısa bir elektrik stansiyası, sistem əhəmiyyətli yarımstansiya və ya xətdə baş verəcək qəza avtomatik olaraq lokallaşdırılacaq və bununla da saniyədən də az müddətdə ümumi sistemi əhatə etməsinin qarşısı alınacaq. Artıq layihələndirilən müasir mikroprosessorlu əks-qəza avtomatikası sistemi üçün xarici ölkələrdən gətirilən avadanlıqların hamısı qurlaşdırılıb ki, onların da 90 faizi işə qoşulub, digərlərində isə sazlama işləri davam edir. Eyni zamanda son iki ildə tikilən və yenidən qurulan bütün elektrik stansiyaları və yarımstansiyalarda birbaşa yeni sistem tətbiq edilir. Yenidənqurmaya getməmiş köhnə elektrik stansiya və yarımstansiyalarda isə elektro-mexaniki mühafizə sistemi müasir sistemlə əvəzlənir. Həmçinin köhnə stansiya və yarımstansiyalarda lokal SCADA sistemi yaradılaraq Mərkəzi SCADA Dispetçer Sisteminə inteqrasiya edilir.
“Azərenerji” yeni əks-qəza avtomatikası və mikroprosessorlu rele mühafizəsi ilə yanaşı SCADA Dispetçer İdarəetmə Sisteminin yenidən qurulması, tezliyin tənzimlənməsi və reaktiv gücün konpensasiyası istiqamətində də ciddi layihələr gerçəkləşdirir.

Qeyd edək ki, 2018-ci ildə qəza baş verən “Azərbaycan” İstilik Elektrik Stansiyası son iki il ərzində tam yenidən qurulub. Paralel olaraq 12 elektrik stansiyası və 20-dən artıq yarımstansiyada yenidənqurma, təmir və bərpa işləri aparılıb və aparılmaqdadır.

Oxunub: 465

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər