“Rusiyadan elektrik enerjisinin idxalı davam edir” – “Azərenerji”








İyulun 3-də, saat 00:20 radələrində “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) 330 kV-luq yarımstansiyasında baş vermiş qəzanın genişlənərək sistem qəzasına çevrilməsi və qəzanın fəsadlarının aradan qaldırılması barədə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi Dispetçer Xidmətinin son məlumatı açıqlanıb.

“Report” xəbər verir ki, məlumata əsasən, baş vermiş 1 fazlı qısa qapanma 3 fazlı qısa qapanmaya çevrilib və ani olaraq “Azərbaycan” İES-də işdə olan 7 enerji bloku (1 500 MVt güc) rele mühafizəsindən şəbəkədən açılıb: “Böyük güc çatışmazlığı səbəbindən (tələbatın 50 %-i həcmində) qəzanın 1-ci saniyəsində əks-qəza avtomatikasının təsirindən Azərbaycan enerji sistemi Rusiya enerji sistemindən ayrılıb”.

Qeyd edilib ki, qəzadan əvvəlki rejimdə “Azərbaycan” İES-də istehsal olunan 1 500 MVt gücun 1 000 MVt-ı Bakı və Abşeronun tələbatının ödənilməsi məqsədilə ötürülürdü: “Qəzanın ilk saniyələrində “Mingəçevir-Abşeron” yük ötürülməsi dəhlizinə daxil olan sistemtəşkiledici 330 kV-luq 1-ci Abşeron elektrik verilişi xətti “Azərbaycan” İES-də cərəyan transformatorunun dağılması səbəbindən rele mühafizəsindən və 500 kV-luq 2-ci Abşeron elektrik verilişi xətti isə asinxron gedişin ləğvi avtomatikasından açılıb, sistem əks-qəza avtomatikasının işləməsinə baxmayaraq, böyük aktiv və reaktiv güc çatışmazlığı və qəzanın ani olaraq baş verməsi, qəzanın selvari xarakter almasına və enerji sisteminin tam dayanmasına səbəb olub.

Təxirəsalınmaz operativ tədbirlər nəticəsində enerji sisteminin bərpası təmin edilib və mövcud generasiya güclərindən istifadə edilərək, ilk növbədə həyati vacib əhəmiyyətli obyektlərin, sonradan isə generasiya gücləri bərpa edildikcə digər istehlakçıların elektrik enerjisi ilə təchizatı bərpa olunub”.

Xatırladılıb ki, Dövlət Başçısı baş verən hadisəni birbaşa öz nəzarətinə götürüb.

Qeyd edilib ki, ölkə enerji sisteminin yaranmış vəziyyətdən tez bir zamanda çıxarılması və qəzanın fəsadlarının aradan qaldırılması məqsədilə dərhal bütün resurslar səfərbər edilib və enerji sistemi fövqəladə iş rejiminə keçib:

“Qısa vaxt ərzində verilmiş çevik reaksiya nəticəsində “Azərenerji” ASC tərəfindən qidalandırılan istehlakçılar 100 faiz elektrik enerjisi ilə təchiz edilib.

Hazırda enerji sisteminin dayanıqlı işi və respublikanın etibarlı elektrik enerjisi ilə təchizatı tam təmin edilir. Gürcüstan enerji sistemindən elektrik enerjisinin idxalı dayandırılıb və Rusiya enerji sistemi ilə paralel iş rejimində razılaşdırılmış qrafik əsasında elektrik enerjisinin ötürülməsi həyata keçirilir”.

Məlumata əsasən, “Azərbaycan” İES-in 330 kV-luq yarımstansiyasında yanğın zamanı zədələnmiş avadanlıqların və sıradan çıxmış idarəetmə və rabitə kabellərinin bərpası üzrə müvafiq texniki tədbirlər davam etdirilir.

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər