Keşlə qəsəbəsi və Xırdalan şəhəri hələ də zülmətdədir- “Azərenerji” rəsmisinin 100 faizlik yalanı…













“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı bildirib ki, hazırda Bakıda elektrik enerjisinin bərpa vəziyyəti 100%, regionlarda isə 80%-dir. “Yaxın müddət ərzində regionlarda elektrik enerjisinin bərpasını 100 faizə çatdıracağıq” – deyə Yəhya Babanlı bildirib.

“Azərenerji” rəsmisi ölkə ərazisində elektrik enerjisinin bərpasında yaranan fasilənin baş vermə səbəblərinə də aydınlıq gətirib: “Bu kimi halın bir daha təkrar olunması ehtimalı yoxdur. Bu forsmajor bir hal idi. Havaların kəskin isti keçməsi ilə əlaqədar bizim stansiyaların soyutma sisteminin gücü çatmayıb. Bundan sonra da havalar kəskin isti keçəcəyi təqdirdə belə elektrik enerjisində fasilə olmayacaq. Soyutma sistemini daha da gücləndirəcəyik. Əlavə qurğular qoşulacaq. Yaxın günlərdə havaların isti keçməsi ilə bağlı qayğılanmağa dəyməz. Ekstremal hallar qaçılmazdır, lakin bu kimi qəzanın bir daha baş verməsi gözlənilmir, sistem dayanıqlıdır”.

Qeyd edək ki, iyulun 3-ü gecə saatlarında Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES 1-ci və 6-cı enerji blokunda partlayış baş verib. Partlayışla əlaqədar ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanıb.

Azinforum.az-ın əldə etdiyi məlumata görə, hazırda Bakının bir çox ərazisində işıqlar hələ də yanmır. Paytaxtın böyük qəsəbəsi olan Keşlədə, Sabunçu rayonun bir hissəsində, Xırdalan şəhərində elektrik enerjisinin verilişi bərpa olunmayıb. Maraqlıdır, belə olan halda,”Azərenerji” rəsmisi hansı əsasla elektrik enerjisinin təminatının 100 faiz həyata keçirildiyini bəyan edir? Görünür, ekstermal situasiyalara hazır olmayan “Azərenerji” ASC səriştəsizliyini yalan məlumat yaymaqla ört-basdır etməyə çalışır.

Redaksiyamıza daxil olan məlumata görə, gecədən bəri cənub bölgəsində, Lənkəranın böyük hissəsində, Masallıda və Lerikdə işıqlar yanmır.

M. Mirzə,

Azinforum.az

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər