“Bu dəfə günahkar məmurlara güzəşt edilməməlidir!” – Deputat enerji qəzasına görə HİDDƏTLƏNDİ













İyulun 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) qəza baş verib. Nəticədə stansiyanın enerji bloklarından birinin fəaliyyəti dayanıb və ölkə ərazisində ciddi enerji problemi yaranıb. Hazırda qəzanın səbəbləri araşdırılır.
Modern.az xəbər verir ki, Energetika Nazirliyi və “Azərenerji” ASC Mingəçevir İES-də baş verən hadisə ilə bağlı birgə rəsmi məlumat yayıblar.
Rəsmi məlumatda bəyan edilib ki, qəza havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın ciddi şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş verib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı isə rəsmi açıqlamaya etiraz edib.

Deputat Modern.az-a açıqlamasında bildirib ki, Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəza ilə bağlı ciddi araşdırma aparılmalıdır:

“Hadisənin obyektiv və insan amilindən asılı olaraq baş verməsi dəqiqləşdirilməlidir. Əminəm ki, aparılan araşdırmalar buna tam aydınlıq gətirəcək. Araşdırmalardan sonra isə ciddi addımlar atılmalıdır. Belə halların növbəti dəfə baş verməməsi üçün kimsə və ya hansı məmurun günahı varsa, ona güzəştə gedilməməlidir. Çünki İstilik Elektrik Stansiyası olduqca strateji əhəmiyyət daşıyan mühüm dövlət əhəmiyyətli obyektlərdən biridir. Belə halların baş verməməsi üçün vacib tədbirlər görülməlidir. Baş verən hadisə məni çox təəssüfləndirir”.

Fəzail Ağamalı bildirib ki, Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəza ilə bağlı “Azərişiq” ASC paylayıcı şəbəkə olaraq bu hadisədə məsuliyyət daşımır. Amma istehsalçı qurum olan “Azərenerji” ASC günahkardır:

““Azərişıq” Mingəçevirdə baş vermiş olan qəza ilə bağlı hər hansı bir məsuliyyət daşımır və ona bağlılığı yoxdur. Çünki “Azərişiq” istehlakçıdır.

Bu məsələyə “Azərenerji” ASC cavabdehdir. “Azərenerji” elektrik enerjisini istehsal edib “Azərişıq”a verir. “Azərişiq” da öz abonentlərini elektrik enerjisi ilə təmin edir. Ona görə də “Azərişıq”ı bütün müzakirələrdən kənara çıxarmaq lazımdır.
Mingəçevirdəki elektrik enerjisinin istehsalçısı “Azərenerji”dir. Bütün araşdırmalardan sonra kimin günahkar olması bəlli olmalıdır.
Heç şübhəsiz ki, ölkə ərazisində istilər var. İstilərin olması mümkündür ki, elektrik enerjisinin istifadəsində müəyyən gərginlik yaradıb. Ancaq mən düşünmürəm ki, bu qışdakından çox olsun. Mən güman etmirəm ki, Mingəçevirdə baş vermiş partlayış elektrik enerjisindən istifadənin hədsiz dərəcədə yüksəlməsi ilə bağlıdır. Düzdür, mən mütəxəssis deyiləm. Ancaq güman edirəm ki, kəskin istilər hadisənin baş verməsinə əsas olmalı deyil. Orada digər texniki məsələlər və başqa amillər ola bilər. Hesab edirəm ki, hadisə bizim peşəkar istintaqçılarımız və enerji sahəsində yüksək səviyyəli mütəxəssislər tərəfindən araşdırıldıqdan sonra tam aydınlığını tapacaq”.

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər