Bakıda sistem əhəmiyyətli 220 kilovoltluq yeni yarımstansiya tikilib





Bakı şəhəri və ətraf qəsəbələrin sosial, iqtisadi, sənaye və digər sahələrin sürətli inkişafını, əhalinin, o cümlədən son illərdə tikilən çoxmənzilli binaların elektrik enerjisinə artan tələbatını qarşılamaq üçün “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti sistem əhəmiyyətli 220/110/10 kilovoltluq tam yeni yarımstansiya tikib. Baki şəhərinin şimal hissəsindəki 110 kilovoltluq yarımstansiyaları qidalandırmaqla yanaşı paytaxtdakı sistem əhəmiyyətli mövcud 220 kilovoltluq yarımstansiyaların yükünü azaltmağa, bununla da qəzaların qarşısını almağa, itkiləri azaltmağa, dayanıqlığı və etibarlığı artırmağa xidmət edəcək “Böyükşor” adlanan yeni 220 kilovoltluq yarımstansiya istehlakçıların normalara uyğun keyfiyyətli elektrik enerji ilə təchizatında müstəsna rol oynayacaq. Atmosfer şəraitinin təsirinə məruz qalmamaq, ətraf mühiti qorumaq və daha az yer tutmaq üçün qapalı şəraitdə, tam müasir üslubda tikilən “Böyükşor” yarımstansiyasında 3 ədəd 250 meqavolt amper gücündə transformator, 220 və 110 kV-luq qapalı paylayıcı qurğular tikilib. Yarımstansiya məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sisteminə qoşulacaq.

“Böyükşor” yarımstansiyasının sistemə qoşulması ilə Abşeron enerji qovşağını qidalandıran 220 kilovoltluq hava xətlərinin yüklənməsinin, həmçinin bu xətlərdə olan itkilərin azalmasına nail olunacaq. Onu da qeyd edək ki, “Böyükşor” yarımstansiyası qurularkən perspektiv sosial-iqtisadi inkişaf, əhalinin artan tempi nəzərə alınıb.

Qeyd edək ki, son iki ilə qədər Bakı və Abşeron yarımadasında cəmi beş ədəd 220 kilovoltluq yarımstansiya fəaliyyət göstərirdi ki, onların da dördü istismar müddətini başa vurmuşdu. Son iki ildə isə Böyükşor və “Şimal” Elektrik Stansiyasının ərazisində qapalı tipli iki yarımstansiya tikilərək 220 kilovoltluq yarımstansiyaların sayı yeddiyə çatdırılıb.Eyni zamanda istismar müddətini bitirən sistem əhəmiyyətli dörd ədəd 220 kilovoltluq yarımstansiyanın ikisində yenidənqurma işi tamamlanıb, digər iki yarımstansiyada isə yaxın aylarda tamamlanacaq.
(Virtualaz.org)

Son xəbərlər

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Füzulidə "Mercedes" kişini vurub öldürdü

Qan donorluğu haqqında bilməli olduğunuz 7 vacib fakt

Sumqayıtda dəhşətli yanğın - FHN məlumat YAYIB

Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

Bütün xəbərlər