gundem
1.05.2026, 09:30
Azərbaycanın sənaye müəssisəsinin mənfəəti 5 dəfə azalıb
Neftqazmaş" ASC 2025-ci ili 128 min manat xalis mənfəətlə başa vurub.
DogruXeber.tv Report-a istinadən xəbər verir ki, bu, 2024-cü ilə nisbətən 5,1 dəfə azdır.
Bu il yanvarın 1-nə "Neftqazmaş"ın aktivləri 4,518 milyon manat olub ki, bu da illik müqayisədə 18,1 % çoxdur.
Hesabat dövründə şirkətin öhdəlikləri 8,9 % artaraq 1,006 milyon manata, balans kapitalı isə 21,1 % artaraq 3,513 milyon manata çatıb.
Xatırladaq ki, "Neftqazmaş" 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 768 min manatdır.



