"Azəristiliktəchizat" yığılmış zərəri VƏTƏNDAŞA ÖDƏTDİRİR? - NARAZILIQ VAR!

dogruxeber.tv: - "Azəristiliktəchizat" ASC 2021-ci ili 10,372 milyon manat zərərlə başa vurub. Halbuki, qurum 2020-ci ildən 1,033 milyon manat mənfəətlə çıxmışdı.
DİA.AZ bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, ötən il səhmdar cəmiyyətinin yığılmış zərəri 11,7 % artaraq 98,918 milyon manata çatıb. Bu il yanvarın 1-nə "Azəristiliktəchizat"ın aktivləri 189,678 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,2 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 24 % artaraq 59,15 milyon manata, balans kapitalı isə 6,7 % azalaraq 130,528 milyon manata enib.

Xatırladaq ki, "Azəristiliktəchizat" ölkə Prezidentinin "İstilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 8 iyun 2005-ci il tarixli sərəncamı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 136,685 milyon manatdır. Səhmdar cəmiyyəti Bakıda və regionlarda yaşayış evlərini və binaları, təhsil, səhiyyə müəssisələrini və digər sosial təyinatlı obyektləri istiliklə təchiz edir.

DİA.AZ-a daxil olan şikayətdən anlaşılanı isə odur ki, "Azəristiliktəchizat" həmin 100 milyonluq zərərini vətəndaşlardan necə gəldi çıxarmaq fikrinə düşüb. Bu barədə redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, "Azəristiliktəchizat" rəhbərliyi o qədər həvəsə düşüb ki, hətta şəxsi kombi vasitəsilə qızdırılan evlərə də İSTİ SU PULU borcu çıxarıb.

Şikayət edən Bakı sakini isə qeyd edir ki, onlara və yaşadırları binanın bütün sakinlərinə astronomik həddə borc kağızı göndərən "Azəristiliktəchizat" rəhbərliyi bununla yetinməyərək vətəndaşı növbəti soyuq aylarda DONACAQLARI İLƏ HƏDƏLƏYİR.

"Azəristiliktəchizat" yığılmış zərəri VƏTƏNDAŞA ÖDƏTDİRİR? - NARAZILIQ VAR!

"Azəristiliktəchizat" yığılmış zərəri VƏTƏNDAŞA ÖDƏTDİRİR? - NARAZILIQ VAR!

260 manatlıq borc kağızı alan vətəndaş bildirir ki, "Azəristiliktəchizat" yazdığı borc rəqəmini havadan götürdüyündən əsaslandıra bilmir: "Hələ ən az borc yazdıqlarından biri bizik. 400-500 manat borc kağızı alanlar da var..."

Məsələ ilə əlaqədar dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Oxunub: 444

Son xəbərlər

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

"Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

Azərbaycanın sənaye müəssisəsinin mənfəəti 5 dəfə azalıb

ABŞ Avropada qoşun sayını azaldır - Tramp açıqladı

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Bütün xəbərlər