hadise
3.07.2020
41 yaşlı qadın qəzada yaralandı

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
dogruxeber.tv Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.İki avtomobilin toqquşması nəticəsində xəsarət alan 1979-cu il təvəllüdlü Hacıyeva Aynurə Yusif qızı təcili yardımın köməyilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.


