Yeməklərinə peyin qataraq alpinistləri xəstələndiriblər - Everestdə 20 milyonluq fırıldaq

Nepalda aparılan genişmiqyaslı araşdırma Everest bölgəsində fəaliyyət göstərən bələdçilər, tur operatorları və səhiyyə işçilərindən ibarət şəbəkənin alpinistləri aldadaraq, milyonlarla dollar qazandığını üzə çıxarıb.

DogruXeber.tv ” xəbər verir ki, polisin məlumatına görə, 2022-2025-ci illər arasında ən azı 4782 xarici alpinist bu sxemin qurbanı olub.

Saxtakarlıq nəticəsində əldə edilən gəlirin təxminən 20 milyon dollar olduğu bildirilir.

İstintaq çərçivəsində müəyyən edilib ki, şəbəkə alpinistləri lazımsız və ya saxta xilasetmə əməliyyatlarına cəlb edərək, beynəlxalq sığorta şirkətlərini aldadıb. İş üzrə ümumilikdə 32 nəfər ittiham olunub, onlardan 11-i həbs edilib.

Araşdırma zamanı ortaya çıxan faktlar isə xüsusilə diqqət çəkib. Bildirilir ki, bəzi hallarda alpinistlər qəsdən xəstələndirilib. Onların yeməklərinə mədə pozğunluğu yaradan maddələr, o cümlədən, çörək sodası və digər kimyəvi qarışıqlar əlavə edilib. Hətta bəzi hallarda yeməklərə çiy toyuq və siçovul peyini qatıldığı iddia olunur.

Bu üsullarla ürəkbulanma, başgicəllənmə və digər simptomlar yaşayan alpinistlər “təcili vəziyyət” adı ilə bahalı helikopter təxliyələrinə razı salınıb.

Saxtakarlıq prosesi bununla da bitməyib. Məlumata görə, operatorlar eyni helikopterlə bir neçə nəfəri daşısalar da, sənədlərdə hər bir uçuşu ayrı-ayrılıqda göstərərək, xərcləri şişirdiblər. Xəstəxanaların isə müalicə olunmayan turistlər üçün belə saxta tibbi sənədlər hazırladığı bildirilib.

Qeyd edilib ki, Everestdə oxşar saxtakarlıq şəbəkələri 2018-ci ildə ifşa olunsa da, cəza mexanizmlərinin zəifliyi bu kimi halların davam etməsinə şərait yaradıb.

Oxunub: 18

Son xəbərlər

Azərbaycandan xaricə turist axını artdı

Taksilər və sərnişinlər üçün qərar ÇIXDI: Gediş haqları BAHALAŞIR?

Litvanın Baş nazirinin Azərbaycana səfəri gözlənilir

Vətən müharibəsindən sonra 421 nəfər minaya düşüb - Hikmət Hacıyev

Kremlin Zəngəzur HAZIRLIĞI – Rusiyanı kim tətiklədi…

Nizami Kino Mərkəzinin divarına qrafit çəkənlər saxlanıldı

Səfərbərlik Xidmətinin 27 əməkdaşı CƏZALANDIRILDI

Dövlət Xidməti korrupsiya ilə mübarizəyə dair 2026-cı ilin I rübünü əks etdirən statistik məlumatları açıqlayıb

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun inşası dekabra qədər başa çatacaq

SON DƏQİQƏ! Polis məlumat yaydı: Azərbaycanda 45 nəfər tutulub

Ötən ay 3 nəfər zəhərlənərək ölüb

Rusiyanın itkiləri yeniləndi

Gəncədə avtomobil mağazaya çırpıldı

Rusiyada sərnişin qatarının 7 vaqonu relsdən çıxıb

Xarici valyutaların MƏZƏNNƏSİ

Qızıl və gümüş ucuzlaşır

Yeməklərinə peyin qataraq alpinistləri xəstələndiriblər - Everestdə 20 milyonluq fırıldaq

Tramp Baş prokuroru işdən çıxardı

Türkiyə millisinə yeni himn bəstələyəcək

BMT Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

İranın "şah əsəri" vuruldu

Maaş və pensiyalar artırıla BİLƏR

Tanınmış musiqiçi ağır qəzada VƏFAT ETDİ

Sabahdan bağça müəllimlərinin yerdəyişməsi başlayır

Rasim Balayevin yerinə yeni namizəd irəli sürüldü

"Üçtərəfli danışıqlar dayandırılıb" - Putinin köməkçisi

Dövlət sifarişi ilə oxuyan tələbələrdən ödəniş tələb edilə bilməz - RƏSMİ

Abşeron rayonunda yağışın fəsadlarının aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir

Türk Dünyasının gənc alimləri Azərbaycanda bir araya gəlir

65 pilotumuz Türkiyədə təlimlərə cəlb olunub

Bütün xəbərlər