Taksilər və sərnişinlər üçün qərar ÇIXDI: Gediş haqları BAHALAŞIR?

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydasında dəyişikliklər olunub. Belə ki, avtonəqliyyat vasitəsi taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edildikdə, icbari sığorta müqaviləsi bağlanarkən ödənilməli olan birillik sığorta haqqının hesablanması üçün 1.5 əmsalı tətbiq ediləcək.

Maraqlıdır, sözügedən addım taksi qiymətlərinin artımına səbəb ola bilər?

DogruXeber.tv xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bu, yerində verilmiş qərardır.

Ekspert vurğulayıb ki, taksi xidmətlərində qiymət artımı olmayacaq:

“Taksilərin qiyməti rəqabət nəticəsində formalaşır. Buraya taksilərin sayı, sifarişlərin həcmi və digər amillər daxildir. Sığorta əmsalının artırılması da bu xidmətlərə ciddi təsir etməyəcək. Dediyim kimi, bu, yerində verilən qərardır. Bazar analiz edilib. Taksilər daha intensiv istifadə olunur, buna görə də bu addım atılıb. Baxın, bir var hakim və ya müəllimin şəxsi avtomobili, bir də var taksi kimi istifadə olunan nəqliyyat vasitəsi. Burada risklər fərqlidir. Risklər yüksək olduğuna görə sığorta haqqı da yüksək olmalıdır”.

Sığorta eksperti Nicat Əlibəyli isə Oxu.Az-a açıqlamasında qeyd edib ki, bu addım daha çox sığorta şirkətlərinə fayda verəcək.

N.Əlibəyli əlavə edib ki, taksi kimi istifadə olunan avtomobillər daha çox ziyan görür:

“Həm taksi sürücüləri, həm də avtomobillər digərləri ilə müqayisədə daha çox ziyan görür. Daha tez köhnəlir və qəza riski yüksək olur. Bu da ciddi problemdir. Sığorta şirkətləri də məcburən həmin zərəri ödəyirlər. Onlar xeyriyyə təşkilatı deyil. Bu qərar şirkətlərin maliyyə dayanıqlığını qorumağa xidmət edir. Aydındır ki, kommersiya məqsədilə istifadə olunan avtomobillər daha çox ziyan görür. Əmsalların artırılması sığorta şirkətləri üçün əlavə motivasiya yaradacaq. Qiymətlərin artımına gəldikdə isə, düşünürəm ki, bu, taksi xidmətlərində ciddi bahalaşmaya səbəb olmayacaq”.

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər