Taksilər də bahalaşacaq - AÇIQLAMA

"dogruxeber.tv" bildirir ki, Avtomobillərin mühərrik yağlarının qiyməti kəskin şəkildə bahalaşıb.

Belə ki, 45-50 manata satılan mühərrik yağlarının qiyməti artıq 60-65 manata qədər yüksəlib. Satıcılar Avropadan idxal olunan yağların baha olmasının ölkəmizdəki qiymətlərə də öz təsirini göstərdiyini bildirilir.

Taksi sürücüləri isə mühərrik yağlarının bahalaşmasının sərnişin daşıma qiymətlərinin artmasına səbəb ola bilər. Onlar bunu xərclərinin artması ilə əlaqələndirirlər. Lakin onsuz da baha olan taksi xidməti ilə bağlı qiymət artımının olma ehtimalı sərnişinlərin narazılığına səbəb olub.

Maraqlıdır, mühərrik yağlarının bahalaşması taksi qiymətlərinə təsir göstərəcək?
Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, indiki şəraitdə heç bir halda taksi qiymətlərinin yüksəlməsindən danışmaq olmaz:

“Mühərrik yağlarının qiymətləri beynəlxalq daşınmalar səbəbindən cəmi 2-5% civarında yüksəlib. Bundan artıq bahalaşması isə süni qiymət artımı deməkdir. Ümumiyyətlə, bunun bütün nəqliyyatla bağlı olan xidmətlərin 50-100% bahalaşmasına səbəb olacağını demək düzgün deyil.

Hazırda taksi qiymətləri liberaldır və fiks qiymət təyin etmək mümkün deyil. Nazirlər Kabineti 4 mart 2019-cu ildə taksi qiymətləri üçün tövsiyə olunan qiymətlər təklif edib. Taksinin bir kilometrinə görə 70 qəpik, məsafə 5 kilometri ötərsə, hər kilometrə görə 50 qəpik hesablanacaq. Yəni buna əsasən, taksi xidmətinin bir kilometrinin ortalama qiyməti 50 qəpikdir”.

Ekspert deyib ki, hansısa taksi şirkətlərinin qiymətləri yüksəltmək haqqında düşünməsi nəyəsə əsaslanmalıdır:

“Bu gün Azərbaycanda taksi qiymətləri heç də ucuz deyil. Əgər bazar iqtisadiyyatına uyğun hesablanarsa, taksi şirkətləri Nazirlər Kabinetinin tələbləri ilə üzləşməli olacaqlar. Pandemiya dövrü olduğu üçün dövlət onlara bir qədər yumşaq davranır və taksi xidmətləri ilə bağlı olan tələbləri sərtləşdirmir.

Əslində həmin tələblər sərt tələblərdir. Əgər hansısa taksi şirkəti qiymətləri artırmağı düşünürsə, onlara qarşı sərt tələblərin irəli sürülməsinə də hazır olmalıdırlar. Düşünürəm ki, hər bir taksi şirkətinin həmin tələblərə uzlaşmaq imkanı olmayacaq. Burada taksi xidmətində istifadə olunan minik avtomobillərin xarici və daxili görünüşü ilə bağlı müəyyən tələblər var.

Çünki onlar müəyyən xərclər tələb etdiyi üçün bunu edə bilməyəcəklər. Bu gün taksi xidmətində istifadə olunan avtomobillərin böyük əksəriyyəti heç taksi üçün yararlı deyillər. Yəni bu tələblər gündəmə gəlsə, Bakı şəhərində minlərlə taksi sürücüsü işsiz qala bilər”.

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər