Azərbaycanda taksi xidmətinin vahid qaydaya keçməsi nələri dəyişə bilər?













Bakı şəhərində taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı normativ-hüquqi aktların layihələrinin hazırlanması gündəmdədir. Bu mövzu taksi fəaliyyəti ilə məşğul olan və həmin xidmətdən istifadə edən insanları da ciddi şəkildə maraqlandırır. Ediləcək dəyişikliklər taksi xidmətinə nə dərəcədə təsir göstərəcək? Bu yeniliklər qiymət dəyişikliyinə səbəb ola bilərmi?

Bununla bağlı nəqliyyat üzrə ekspert Ərşad Hüseynov dogruxeber.tv-a bildirib ki, bu addımın məqsədi və hədəfi Bakı şəhərində taksi fəaliyyətinin mükəmməlləşməsidir. Hazırda taksi fəaliyyətində çoxlu sayda problemlərin olduğunu deyən ekspert onların həll olunmasını labüd hesab edir:

“Hazırda istənilən adam maşınının damına “şahmat” qoyub taksi kimi fəaliyyət göstərə bilər. Aqreqatorların fəaliyyəti tənzimlənmir, kimi istəyirlər, xidmətə qoşurlar, taksi sürücülərini 14 saat iş vaxtı ilə istismar edirlər. Həmçinin, sürücülərə dair tələblərə riayət olunmur”.

Ə.Hüseynov taksi qiymətlərinin dəyişilməsinin şəraitdən asılı olacağını güman edir:

“Əgər sadaladığım problemlər həll olunsa, qiyməti bazar özü tənzimləyəcək. Bakıda taksi sürücülərinin sayı məlum deyil. Bəlkə 100 min taksi sürücüsü var. Onların bir faizi lisenziya alıb, ya yox. Yerdə qalan 99 minin bəlkə heç sənədi də yoxdur. Qiyməti tənzimləmək üçün bu işlərlə məşğul olan adamların dairəsi məlum olmalıdır”.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə taksi fəaliyyətinin tənzimlənməsinin Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində qalan bir məsələ olduğunu hesab edir. O bildirib ki, bu sahədə hazırda xaotik vəziyyət hökm sürməkdədir:

“Problemin kökü ondan ibarətdir ki, bəzi özünü taksi şirkəti kimi elan edən, operator xidməti göstərən şirkətlər qiymətləri hədsiz dərəcədə ucuzlaşdırıblar və taksi sürücülərini istismar edirlər. Sürücülər də məcburən onlarla əməkdaşlıq edirlər. Çünki başqa yerdə müştəri tapa bilmirlər. Qiymətlər ucuz olduğu üçün müştərilər də o xidmətdən istifadə edirlər.

Maraqlıdır ki, müştərilər də narazılıq edirlər. Məsələn, “sürücü kobud davranır”, “kartla ödəniş etmək istəyirəm, götürmür”, “ünvan tanımırlar” kimi şikayətlər eşidirik. Yəni, indiki halda həm sürücülər, həm də sərnişinlər narazıdır.

BNA bir müddət əvvəl Bakıda vahid taksi xidməti ilə bağlı bir konsepsiya hazırlamışdı. Bu konsepsiyanın mahiyyəti üzrə işlər görmək olar. Bu işlərin də əsas məqsədi rahat, təhlükəsiz taksi xidmətinin yaradılmasıdır".

E.Muradlı da taksi fəaliyyətində vahid qiymətin müəyyənləşdirilməli olduğunu düzgün hesab edir. Amma hər şeydən əvvəl kimə taksi sürücüsü deyə biləcəyimizi dəqiqləşdirmək lazım olduğunu deyir:

“Hər yoldan keçən maşının damına “şahmat” qoyub taksi kimi işləyə bilməz. Taksi sürücüsü bir peşədir. Bu peşənin də müəyyən tələbləri var. Bu tələblərə cavab vermək lazımdır. Bəzi ölkələrdə taski sürücüləri ilə bağlı vahid bir sənəd qəbul edib, onu icra elətdirə bilirlər. Azərbaycan üçün bu çətin olar. Çünki bizdə işsizlikdən taksi sürücüsü olanlar var, məhkumluq həyatı yaşamış adamlar var. Azadlığa çıxandan sonra iş tapa bilmirlər, məcburən taksi sürücüsü olurlar. Sosial tələbat var. İnsanlar kefindən taksi sürücüsü olmurlar. Bunu da başa düşmək lazımdır. Buna uyğun davranmaq da yaxşı olardı”.

Ekspert dünən Prezident İlham Əliyevin imzaladığı "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmanın taksi fəaliyyətinin keyfiyyətinin daha da yaxşı olmasına və normal xidmət göstərilməsinə səbəb olacağına ümid edir.

Nəqliyyat üzrə ekspert Aslan Əsədov isə taksi fəaliyyətinin bugünkü durumundan narazı deyil. O hesab edir ki, qiymət baxımdan bu xidmət əlverişlidir:

“Taksi qiymətlərini son 10 il ilə müqayisə etsək, görərik ki, hazırda qiymətlər çox aşağı düşüb. Əvvəl çox baha idi. Bu tədricən, 2016-cı ildə BNA-nın yaranmasından sonra baş verdi. BNA özü taksilər üşün lisenziya verməyə başladı. Daha sonra hazırda olan taksi şirkətləri meydana gəldi. Şirkətlər yaranandan sonra qiymətlərdə kəskin enmələr oldu. Bu isə sərnişinlərin xeyrinə oldu. Məsələn, 2015-ci ildə “20 Yanvar” metrostansiyasından “Koroğlu” metrosu istiqamətinə kimi taksilər 10 manata aparırdısa, indi bu yolu 3-4 manata getmək olar. Hazırda 1km 70-80 qəpikdən hesablanır”.

Ekspert hesab edir ki, taksilərin əsas problemi onların parklanma və ya qaraj yerlərinin olmamasıdır:

“Bakıda sərnişindaşıma birbaşa metroların və marşrut avtobuslarının üzərində qurulub. Şəhər nəqliyyatı belə olmalı deyil. Taksilər, tramvay, trolleybus, dəmir yolu, kanat yolu, gəmi taksisi olmalıdır. Hazırda Bibiheybət məscidindən və ya Bayıldan Zığa getmək 8-10 manat edir. Amma onu gəmi taksiləri ilə əvəz etsək, 1-2 manata 10-15 dəqiqəyə getmək olar. Tıxac da olmaz.

Bunlar olmadığı üçün Bakı şəhərinin nəqliyyatı metro və marşrut avtobuslarının üzərinə yüklənib. Qısa müddətə metroda problem olanda şəhər nəqliyyatı iflic vəziyyətə düşür, şəhərdə acınacaqlı vəziyyət yaşanır”.

A.Əsədovun fikrincə bir manatlıq taksilər də sərnişin daşınmalarındakı boşluqların hesabına yaranıb:

“Sərnişin fikirləşir ki, uzun müddət gözləməkdən, iki avtobusa minib 80 qəpik verməkdən, ayaq üstə getməkdənsə, elə 1 manat verib taksi ilə rahat gedərəm”.

Ekspert lisenziyasız taksilər haqqında da danışıb:

“Səhər bir işdən çıxıb, axşam taksi sürücüsü kimi lisenziyasız işləyənləri başa düşmək olar. Çünki onun maaşı onu qane etmir. Ona görə də ona şərait yaratmaq lazımdır. Hansısa qayda tətbiq edib, belə adamlara şərait qurmaq lazımdır. Daha çox özəl şirkətlər elə insanları cəlb etməlidirlər. Hazırda lisenziyanın qiyməti 60 manatdır. Bunun qiyməti 3-5 manat olmalıdır. Amma cəriməsi qoy, 100 manat olsun. Ayda 60 manat az pul deyil axı. Hamı verə bilmir. Belə adamların çoxu da aztəminatlı ailələr olur. Onların maşınının qiyməti də 10 min manat civarındadır”.

Oxunub: 532

Son xəbərlər

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bütün xəbərlər