Abşeron rayonunda yağışın fəsadlarının aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir

Bir neçə gün əvvəl hava şəraitinin aramsız yağışlı keçməsi nəticəsində Abşeron rayonunun Xırdalan şəhərinin, o cümlədən kənd və qəsəbələrinin bəzi ərazilərində subasma halları müşahidə edilib. Ötən müddət ərzində bir çox yerlərdə yığılan su kütləsi təmizlənsə də, bəzi ərazilərdə yağışın fəsadlarının aradan qaldırılması işləri davam etdirilməkdədir. Belə ki, yüklənmə nəticəsində qəza başvermiş nasosxanaların fəaliyyəti, eləcə də elektrik enerjisinin kəsintisiz verilməsi bərpa olunub. Rayon ərazisində yerləşən göllərin səviyyəsi əhəmiyyətli dərəcədə qalxdığından və vətəndaşların fərdi yaşayış evlərinin daha acınacaqlı vəziyyətə düşməsinin qarşısının alınması məqsədi ilə göl və ətraf ərazilər xüsusi nəzarətə götürülmüş, nasosxanalar əlavə texniki vasitələrlə gücləndirilmişdir.

"DogruXeber.tv" xəbər verir ki,Abşeron Rayon İcra Hakimiyyəti, yerli bələdiyylər, FHN və ADSEA tərəfindən ərazilərə cəlb olunmuş xüsusi texnikalar və nasoslar vasitəsi ilə küçə, həyətyanı sahələrdə və zirzəmilərdə yığılmış yağıntı sularının fasiləsiz şəkildə kənarlaşdırılması həyata keçirilir. Yağıntı miqdarı həddindən artıq çox olduğundan problemli ərazilər prioritet bölgü əsasında mərhələli şəkildə fasiləsiz həyata keçirlməkdədir. O cümlədən Məmmədli kəndində əlavə texnika cəlb olunmaqla 6 ünvanda nasoslar quraşdırılaraq yığılmış yağış sularının kənarlaşdırılması işləri daha da surətləndirilmişdir.

Mövcud vəziyyətlə bağlı sakinlər tərəfindən rayon icra hakimiyyətinə müraciətlər əsasında, xüsusilə Xırdalan şəhəri, Masazır, Məmmədli, Qobu və Hökməli kimi yaşayış məntəqlərində təxliyə işləri həyata keçirilib. Su basmış mənzillərdə yaşayan sakinlərin müvəqqəti olaraq hotellərə və kirayə evlərə yerləşdirilməsi təmin edilib. O cümlədən ciddi zərər görmüş və qəzalı vəziyyətə düşmüş bir neçə fərdi yaşayış evinin sakinləri təxliyyə edilmiş, bərpasına köməklik göstərilməsi nəzərdə tutulmuşdur.
Bütün bu işlərlə yanaşı, yağışlardan sonra çirklənməyə məruz qalan küçə və prospektlərdə təmizlik işləri həyata keçirilir.

Abşeron rayonunda yağışın fəsadlarının aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir

Abşeron rayonunda yağışın fəsadlarının aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir

Abşeron rayonunda yağışın fəsadlarının aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir

Abşeron rayonunda yağışın fəsadlarının aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir

Abşeron rayonunda yağışın fəsadlarının aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir

Abşeron rayonunda yağışın fəsadlarının aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir

Abşeron rayonunda yağışın fəsadlarının aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir

Abşeron rayonunda yağışın fəsadlarının aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir

Oxunub: 103

Son xəbərlər

Azərbaycandan xaricə turist axını artdı

Taksilər və sərnişinlər üçün qərar ÇIXDI: Gediş haqları BAHALAŞIR?

Litvanın Baş nazirinin Azərbaycana səfəri gözlənilir

Vətən müharibəsindən sonra 421 nəfər minaya düşüb - Hikmət Hacıyev

Kremlin Zəngəzur HAZIRLIĞI – Rusiyanı kim tətiklədi…

Nizami Kino Mərkəzinin divarına qrafit çəkənlər saxlanıldı

Səfərbərlik Xidmətinin 27 əməkdaşı CƏZALANDIRILDI

Dövlət Xidməti korrupsiya ilə mübarizəyə dair 2026-cı ilin I rübünü əks etdirən statistik məlumatları açıqlayıb

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun inşası dekabra qədər başa çatacaq

SON DƏQİQƏ! Polis məlumat yaydı: Azərbaycanda 45 nəfər tutulub

Ötən ay 3 nəfər zəhərlənərək ölüb

Rusiyanın itkiləri yeniləndi

Gəncədə avtomobil mağazaya çırpıldı

Rusiyada sərnişin qatarının 7 vaqonu relsdən çıxıb

Xarici valyutaların MƏZƏNNƏSİ

Qızıl və gümüş ucuzlaşır

Yeməklərinə peyin qataraq alpinistləri xəstələndiriblər - Everestdə 20 milyonluq fırıldaq

Tramp Baş prokuroru işdən çıxardı

Türkiyə millisinə yeni himn bəstələyəcək

BMT Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

İranın "şah əsəri" vuruldu

Maaş və pensiyalar artırıla BİLƏR

Tanınmış musiqiçi ağır qəzada VƏFAT ETDİ

Sabahdan bağça müəllimlərinin yerdəyişməsi başlayır

Rasim Balayevin yerinə yeni namizəd irəli sürüldü

"Üçtərəfli danışıqlar dayandırılıb" - Putinin köməkçisi

Dövlət sifarişi ilə oxuyan tələbələrdən ödəniş tələb edilə bilməz - RƏSMİ

Abşeron rayonunda yağışın fəsadlarının aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir

Türk Dünyasının gənc alimləri Azərbaycanda bir araya gəlir

65 pilotumuz Türkiyədə təlimlərə cəlb olunub

Bütün xəbərlər