Gəncə İcra Hakimiyyətinə ciddi suallar: 36 min manatlıq “bir mənbə” müqaviləsinin arxasında nə dayanır?

Azərbaycanda dövlət satınalmalarının şəffaflığı məsələsi yenidən gündəmə gəlib.

"DogruXeber.tv" bildirir ki, bu dəfə diqqət Gəncə şəhərində həyata keçirilmiş və “bir mənbə” üsulu ilə baş tutmuş yanacaq satınalmasına yönəlib. Söhbət Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsinin 36 min manatlıq müqaviləsindən gedir.

Rəsmi məlumatlara görə, sözügedən qurum A-92 markalı benzin alınması üçün “QAYA 2705” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb. Satınalmanın ümumi məbləği 36.000 manat təşkil edir. Müqavilə 10 yanvar 2026-cı il tarixindən qüvvəyə minib və 10 yanvar 2027-ci ilə qədər nəzərdə tutulub. Maraqlı məqam isə odur ki, bu satınalma açıq tender yolu ilə deyil, “bir mənbə” üsulu ilə həyata keçirilib.

Gəncə İcra Hakimiyyətinə ciddi suallar: 36 min manatlıq “bir mənbə” müqaviləsinin arxasında nə dayanır?

Qanunvericiliyə əsasən, “bir mənbə” üsulu yalnız xüsusi hallarda – alternativ təchizatçının olmadığı və ya fövqəladə zərurət yarandığı zaman tətbiq edilməlidir. Lakin bu konkret halda belə bir zərurətin olub-olmadığı barədə ictimaiyyətə hər hansı əsaslandırma təqdim olunmayıb.

Araşdırma zamanı məlum olub ki, dövlət sifarişini qazanan “QAYA 2705” MMC geniş ictimaiyyət üçün tanınan şirkətlər sırasında deyil. Şirkət 2023-cü ildə qeydiyyatdan keçib və hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən yaşayış mənzilinə qeyd olunub. Bu isə onun real fəaliyyət məkanı ilə bağlı suallar yaradır.

Bundan əlavə, şirkətin nizamnamə kapitalı cəmi 100 manatdır. Bu məbləğ qanunvericilik baxımından kifayət etsə də, yanacaq kimi strateji və geniş dövriyyə tələb edən sahədə fəaliyyət göstərmək üçün yetərli iqtisadi baza kimi qiymətləndirilmir.

Şirkətin qanuni təmsilçisi kimi Ağaxanov Anar Suliddin oğlunun adı göstərilir. Lakin açıq mənbələrdə bu şəxs və ya şirkətin fəaliyyəti ilə bağlı əlavə məlumatlara rast gəlinmir. Nə rəsmi internet səhifəsi, nə sosial media aktivliyi, nə də əvvəlki iri müqavilələr barədə məlumat mövcuddur.

Bu faktlar fonunda əsas suallardan biri belədir: kiçik kapitala və qeyri-şəffaf fəaliyyət profilinə malik bir şirkət necə olur ki, dövlət qurumunun yanacaq kimi mühüm ehtiyacını təmin edən tərəfdaşa çevrilir?

"DogruXeber.tv" qeyd edir ki, Azərbaycanda yanacaq bazarı əsasən iri şirkətlərin nəzarətindədir və bu sahədə fəaliyyət göstərmək üçün ciddi logistika, təchizat zənciri və infrastruktur tələb olunur. Bu baxımdan, yeni və kiçik şirkətlərin bu bazarda birbaşa təchizatçı kimi çıxış etməsi nadir hallarda baş verir. Belə hallarda həmin şirkətlərin vasitəçi kimi çıxış etməsi ehtimalı daha yüksək qiymətləndirilir.

36 min manatlıq müqavilə böyük dövlət layihələri ilə müqayisədə kiçik görünə bilər. Lakin minimal kapitala malik bir şirkət üçün bu məbləğ kifayət qədər ciddi maliyyə dövriyyəsi deməkdir və onun iqtisadi imkanları ilə müqayisədə diqqət çəkir.

Mövcud vəziyyət göstərir ki, “QAYA 2705” MMC rəsmi olaraq aktiv olsa da, onun fəaliyyətinin şəffaflığı və real biznes imkanları ilə bağlı suallar açıq qalır. Xüsusilə satınalmanın rəqabətsiz üsulla həyata keçirilməsi bu sualları daha da gücləndirir.

Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının mövqeyi hələlik məlum deyil. Lakin ictimai maraq doğuran bu kimi hallarda şəffaflığın təmin edilməsi və qərarların əsaslandırılması vacib hesab olunur.

Araşdırmalar davam edir.

Qeyd edək ki, məsələ ilə bağlı tərəflərin dı mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.tv

Oxunub: 326

Son xəbərlər

Siqareti tərgitmək istəyənlərin DİQQƏTİNƏ: Sizi nələr gözləyir?

Azərbaycan və Efiopiya müdafiə sahəsində əməkdaşlıq edəcək

Dövlət Xidməti Naxçıvanda tədbirlər keçirdi

Ramin Hacıyevdən Nazirliklərə sual: "10 Manat niyə tutulur?"

Türkiyədə zəlzələ oldu

Balakəndə intensiv yağışlar fəsadlara səbəb olub

Güneydə repressiyalar yenidən şiddətləndi

Magistraturaya qəbulun II cəhdində iştirak etmək istəyən bakalavr sayı açıqlanıb

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır

“Brent” neftinin qiyməti 102 dolları ötüb

Bakı həftəyə tıxacla başladı – SİYAHI

İdmançımız Ginnesin Rekordlar Kitabına düşdü

Hakan Fidan onunla İslamabad danışıqlarını müzakirə etdi

Con Nolan vəfat etdi

Ceyhun Bayramovun ailəsində ağır itki

“Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları Qəbələdə Hikmət Hacıyev ilə görüşüblər

Ərdoğan Makronla regional məsələləri müzakirə edib

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

Xalaqızlarını öldürən Nuranənin sevgilisi imiş? – Masazırdakı cinayətin təfərrüatı

Şahin Bağırov onu Gəncə Gömrük İdarəsinə rəis təyin etdi

İmişlidə yanmış evdən meyit aşkarlanıb

1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında…

AFFA oyunları təxirə saldı - SƏBƏBİ

Hüsaməddin Cindoruk vəfat etdi

Işın Karaca Yunanıstandan deportasiya edildi

Binəqədi rayonunda evlərdən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Rusiyanın itkiləri açıqlandı – ŞOK RƏQƏMLƏR

“Bezdik, bu qədər cərimə olmaz, 700 manat ödəmişəm”

TRİPP-in inşasında İrəvana üçüncü tərəfddaş da lazım olacaq

Ermənilər pullarımızı sayır

Bütün xəbərlər