“Tender kralı” 945 min manatlıq müsabiqənin qalibi oldu

Qəbələ Rayon İcra Hakimiyyəti “ATF” MMC ilə satınalma müqaviləsi imzalayıb.

"dogruxeber.tv" Qaynarinfo-ya istinadən xəbər verir ki, müqavilədə Qəbələ şəhər Heydər Əliyev prospektində yolun əsaslı təmir işlərinin satına alınması nəzərdə tutulur. Satınalma proseduru açıq tender üsulu ilə həyata keçirilib. Yolun əsaslı təmirinə görə şirkətə 945 753,01 manat ödəniləcək.

“ATF” MMC mediada “tender kralı” kimi təqdim edilib. Şirkət 23 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonunun Çayarxı kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Muradov Təbriz Əzim oğludur.

“ATF” MMC Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarına məxsusdur. Şirkətin adı onların baş adlarının baş hərflərinin birləşməsidir.
Qəbələ Rayon İcra Hakimiyyəti ötən il Heydər Əliyev prospektində yolun əsaslı təmir işlərinin satın alınması ilə bağlı “ATF” MMC ilə 465 446,28 manatlıq, 2023-cü ildə əbələ şəhərinin küçə və dalanlarına asfalt örtüyünün çəkilməsi işlərinin satın alınması ilə bağlı isə 698 650,45 manatlıq satınalma müqaviləsi bağlayıb.

Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, Qəbələdə yol təmiri və abadlıq işləri ilə bağlı keçirilən tenderlərin qalibi əsasən “ATF” MMC olur.

Son xəbərlər

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Xəzərdə zəlzələ olub

Avro və rubl bahalaşdı

Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar -Əraqçi

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

ABŞ məhkəməsi Trampın "H-1B" vizaları üçün müəyyən etdiyi 100 min dollarlıq rüsumu ləğv edib

İşləyənlərə əlavə pul veriləcək - Yeni qaydalar açıqlandı

10 məşhurun narkotik testi müsbət çıxdı

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

İmamoğlu və Özəl silindi...

Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar

Bakının iki rayonunda işıq olmayacaq

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

Özbəkistanda təxminən 19 500 xarici investisiyalı müəssisə qeydiyyata alınıb

Pensiya və sosial müavinətlərə bağlı yenilik

Sumqayıtda evdə meyit tapıldı

Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam

ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi

Bütün xəbərlər