Süleyman Mikayılovun tender oyunları –Vergi borcu olan şirkətlə müqavilə imzalanır

dogruxeber.tv: - Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalatı Birliyi (MKTİB) abadlıq işləri və yolların əsaslı təmiri ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, abadlıq işləri ilə bağlı tenderin qalibi “Qara Qaya” MMC olub. Qurumla şirkətin arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 571 962,2 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Qara Qaya” MMC 2 mart 2006-cı ildə qeydiyyata alınıb.
Şirkətin nizamnamə kapitalı 2 AZN-dir. MMC-nin qanuni təmsilçisi isə Əliyarov Aydın Əliyar oğludur.

Açıq mənbələrdə nə Aydın Əliyarov, nə də şirkət haqqında məlumatlar var.

Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, “Qara Qaya” MMC əsasən Qaradağ Rayon İcra Hakimiyyəti bə ona tabeli qurumların tenderlərinin qalibi olur.Yeri gəlmişkən, Qaradağ MKTİB-i ötən il də “Qara Qaya” MMC ilə maliyyə dəyəri 397 804, 32 AZN təşkil edən 3 satınalma müqaviləsi imzalayıb. Müqavilələrdə yolların əsaslı təmiri, abadlıq işləri və mal-materialların alınması nəzərdə tutulur.

Yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tenderin qalibi isə “Təmir-Təchizat 4” MMC seçilib. Qurumla şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 720 131,46 AZN-dir.

“Təmir-Təchizat 4” MMC 4 may 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Həsənov Elbrus Məmməd oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə heç bir məlumat yoxdur.

Araşdırmalarımız zamanı məlum olub ki, “Təmir-Təchizat 4” MMC də Qaradağ Rayon İcra Hakimiyyətinin sevimli şirkətlərindəndir. İcra hakimiyyəti və ona tabeli qurumlar vaxtaşırı bu şirkətə sifarişlər verir.

Görünür elə bu səbəbdəndir ki, “Təmir-Təchizat 4” MMC üçün qanunlar işləmir. Söhbət ondan gedir ki, şirkətin hazırda 6 750 AZN vergi borcu var. “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderlərdə iştirakını qadağan edir.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, 2010-cu ildən bu vəzifədədir.//siam.az

Son xəbərlər

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Xəzərdə zəlzələ olub

Avro və rubl bahalaşdı

Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar -Əraqçi

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

ABŞ məhkəməsi Trampın "H-1B" vizaları üçün müəyyən etdiyi 100 min dollarlıq rüsumu ləğv edib

İşləyənlərə əlavə pul veriləcək - Yeni qaydalar açıqlandı

10 məşhurun narkotik testi müsbət çıxdı

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

İmamoğlu və Özəl silindi...

Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar

Bakının iki rayonunda işıq olmayacaq

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

Özbəkistanda təxminən 19 500 xarici investisiyalı müəssisə qeydiyyata alınıb

Pensiya və sosial müavinətlərə bağlı yenilik

Sumqayıtda evdə meyit tapıldı

Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam

ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi

Bütün xəbərlər