Melorasiyanın sevimli şirkəti - "Art-Proje” yenə 220 minlik tenderin qalibi oldu

Samux Suvarma Sistemləri İdarəsi Su nasoslarının ehtiyat hissələrinin satın alınması bağlı müsabiqəyə yekun vurub.

"dogruxeber.tv" Kommersant.az-a istinadən xəbər verir ki, müsabiqənin qalibi "Art-Proje” MMC olub. Samux Suvarma Sistemləri ilə şirkət arasında bağlanan satınalma müqaviəlsinin maliyyə dəyəri 221 min 665 manat olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Art-Proje” MMC 18 may 2001-ci ildə qeydiyyata alınıb. MMC-nin qanuni təmsilçisi Əliyev Əkram Musa oğludur. Nizamnamə kapitalı 1 milyon 370 min manat olan şirkətin hüquqi ünvanı əvvəl Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, ev 4, mənzil 23 göstərilsə də, hazırda hüquqi ünvan kimi Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 4829 A göstərilib. 2023-cü ildə şirkətin reyestr məlumatlarında dəyişiklik olub. Görünür, MMC-nin ünvanı da bu zaman dəyişib.

Bir müddət əvvəl şirkətin külli miqdarda vergi borcunun olması barədə məlumat yayılmışdı. Şirkətin hazırda vergi borcu yoxdur. "Art-Proje” MMC 21 ildir fəaliyyət göstərir, lakin açıq mənbələrdə şirkət haqqında hər hansı məlumat yoxdur. Araşdırmalarımız zamanı bəlli olub ki, "Art-Proje” MMC əsasən Meliorasiya və Su Təsərrüfatı ASC-nin tenderlərinin qalibi olur və bu proses qanun pozuntuları müşahidə olunur. Məsələn, ötən il ASC ilə şirkət arasında maliyyə dəyəri 208 min 674 manat olan satınalma müqaviləsi imzalanıb. Həmin vaxt "Art-Porje” MMC-nin nə az, nə çox - düz 655 min 774 manat vergi borcu olub. "Dövlət satınalamları haqqında” Qanun vergi borcu olan şirkətlərin satınalma müsabiqələrində iştirakını qadağan edir. Lakin nədənsə qanun "Art-Proje” MMC üçün keçərli olmayıb. Bu da "Art-Proje” MMC-nin tender əməliyyatlarında istifadə olunması üçün yaradılan şirkətlər sırasında olmasına şübhələr yaradır.

Son xəbərlər

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Bütün xəbərlər