Zaur Hüseynov 200 min manatlıq qapı-pəncərə alır

dogruxeber.tv: - "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) qapı və pəncərələrin satın alınması üzrə müsabiqəyə yekun vurub.

Qaynarinfo xəbər verir ki, müsabiqənin qalibi "Texinvest” MMC olub. Satınalma müqaviləsinin maliyyə dəyəri isə 214 382.4 AZN təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Texinvest” MMC 16 noyabr 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Hüseyn Seyidzadə, ev 26A, mənzil 47-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Babək Fəxrəddin oğludur.

"Texinvest” MMC 6 ildir fəaliyyət göstərsə də, açıq mənbələrdə barəsində hər hansı məlumat yoxdur. Şirkətin qanuni təmsilçisi Babək Məmmədov haqqında da hər hansı məlumata rast gəlinmir.

"Bakı Metropoliteni” QSC "Texinvest” MMC ilə qapı-pəncərə almaq üçün müqavilə bağlasa da, dövlət satınalmaları ilə bağlı aparıdığımız araşdırmalardan məlum olur ki, şirkət həm də avtomobil ehtiyat hissələri və sürtkü yağlarının satışı ilə məşğuldur.

"Texinvest” MMC satınalma müsabiqələrində yeni oyunçudur. Bundan əvvəl şirkət cəmi 2 satınalma müqaviləsi imzalayıb. Hər iki müqavilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə bağlanıb. Maliyyə dəyəri 51 887.55 AZN təşkil edən müqavilədə avtomobil sürtkü materiallarının alınması, maliyyə dəyəri 140 515.58 AZN təşkil edən müqavilədə isə avtomobil üçün ehtiyyat hissələrinin satın alınması nəzərdə tutulub.

Məlumat üçün deyək ki, "Bakı Metropoliteni” QSC-nin rəhbəri Zaur Hüseynovdur. Mətbuat həmişə bu qurumun keçirdiyi tenderlərə tənqidi yanaşıb.

Oxunub: 1 066

Son xəbərlər

Gənc samboçumuz Avropanı fəth etdi

Şagirdin bu gün ehtiyacı olan SEVGİDİR

Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti - Azərbaycan önə çıxır

Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası

Baş prokuror İran səfirini qəbul edib

Aİ liderləri yeni maliyyə resurslarının tətbiqinə geniş dəstək ifadə ediblər

Dağıstan və Çeçenistanda genişmiqyaslı torpaq sürüşmələri baş verə bilər

Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib

Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb

70 yaşlı kişini lüks avtomobili ilə DƏFN ETDİLƏR

Xarici media nümayəndələri Zəngilan rayonunun Ağalı kəndinə səfər ediblər

Dövlət Xidməti Sabirabadda vətəndaş qəbulu keçirdi

İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək

Rəsmi şəxs yadplanetlilərin mövcudluğunu təsdiqlədi – “Şəxsən görmüşəm”

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb

“Bakı Metroıpoliteni” 138 min manata domkrat alır: Vüsal Aslanov öz işindədir

Azərbaycan-Çexiya İkitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

Putin ermənilərə çağırış etdi

Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verildi

Milli Məclis MSK-nın yeni tərkibi ilə bağlı qərar verəcək

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində rekultivasiya işlərinə başlanılıb

Daşkəsən rayonunda silsilə ağacəkmə aksiyaları keçirilib

“Nar” Kitab gününü Salyanda qeyd edib

Bakıda "imtahan" verdiyi anda Gəncədə çıxış edir... - Saxtakarlıq

Pensiyalarla bağlı MƏLUMAT VERİLDİ

Pentaqonda qalmaqal: Əsgər iştirak etdiyi Maduro əməliyyatına mərc edib

Kəlbəcər və Laçına sulu qar yağıb

SHXÇDX-nin rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxsi həbs edilib - BİRGƏ MƏLUMAT

Qızıl ucuzlaşmağa DAVAM EDİR

Bütün xəbərlər