BNA-nın daha bir maxinasiyası üzə çıxdı - “BakuBus” dövlət büdcəsini necə dağıdır?

Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində fəaliyyət göstərən “BakuBus” MMC “İveka” MMC ilə satınalma müqaviləsi imzalayıb.

dogruxeber.tv HİT.Az-a xəbər verir ki, maliyyə dəyəri 374 994.86 AZN təşkil edən müqavilədə “BakuBus” MMC-nin balansında olan nəqliyyat vasitələri üçün azqiymətli ehtiyat hissələri və mal-materialların satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “İveka” MMC 17 may 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Suraxanı rayonu, yaşayış sahəsi D (Yeni Günəşli qəsəbəsi), ev 9, mənzil 31-də yerləşir. MMC-nin qanuni təmsilçisi Xəlilov Fərid Əmrağa oğludur.

Açıq mənbələrdə Fərid Xəlilov və “İveka” MMC barəsində hər hansı bilgi yoxdur.

Araşdırmalarımız zamanı isə bəlli olub ki, “İveka” MMC “BakuBus” MMC-nin sevimli şirkətidir. 2018-ci ildə “BakuBus” MMC sözügedən şirkətlə maliyyə dəyəri 449 464.40 AZN olan müqavilə imzalayıb. Müqavilədə ehtiyat hissələri və mal-materialların satın alınması nəzərdə tutulub. İki il sonra, yəni 2020-ci ildə “BakuBus”la “İveka” arasında 517 010.69 AZN dəyərində müqavilə bağlanıb. Bu müqavilə də azqiymətli ehtiyat hissələrinin və mal-materialların satın alınması ilə bağlı olub.

Maraqlıdır ki, ötən il ehtiyat hissələrinə yarım milyondan artıq pul xərcləyən “BakuBus” bir il sonra yenidən ehtiyat hissələri almağa ehtiyac duyub və dövlət büdcəsindən 374 994.86 AZN “İveka”ya ötürülüb.

Mediada BNA və ona tabeli qurumların tenderləri barədə tənqidi materialların sayı-hesabı yoxdur. Həmin materiallardan aydın olur ki, qurumun keçirdiyi satınalma müsabiqələri qanunsuzluq və maxinasiyalarla müşayiət olunur.

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər