“Azərbaycanda yas mərasimlərində süfrədə bircə araq çatmır“ - Rasim Balayev


dogruxeber.tv: - Bu gün ölkəmizdə yas mərasimləri öz israfçılığı və təmtərağı ilə seçilir. Əgər ailənin bir üzvü dünyasını dəyişirsə, onun dəfni ilə yanaşı, yas məclisini “yola vermək” üçün müəyyən maddi vəsait tələb olunur. Bu isə çox vaxt hüzr sahibinin borca düşməsinə səbəb olur.

Məsələ ilə bağlı danışan Xalq artisti Rasim Balayev deyib ki, yas mərasimlərimizdə yol verilən hədsiz israfçılıq acınacaqlı haldır:

“Yas mərasimlərində də əndazəni aşmışıq. Ehsanlarımız da bərbad vəziyyətdədir. Adamlar yığılır gəlir “ha-ha-hi” salırlar. Elə adam var imkanı yaxşıdır ehsanı verir, eləsi də var ki, imkanı yoxdur, borca girib ehsan verir. Kimsə öləndə camaat bilmir ölünün dərdini çəksin ya onun yasında verəcəyi ərzağın. Mən Türkiyədə də, İranda da yas məclislərində olmuşam, hər ikisi islam ölkəsidir, onlarda yaslar çox səliqəli keçir. Ehsanda çay, limon və halva olmalıdır, vəssalam. Bu nə deməkdir?! Vallah, elə yas yeri görmüşəm ki, süfrədə bir dənə spirtli içki çatmır. Dünyanın nə neməti varsa, yığıb tökürlər stolun üstünə, belə şey olmaz axı. Süfrəyə konfet, şokolad, banan qoyurlar təsəvvür edirsiniz?! Bu nişan deyil axı yasdır. Bəsdirin!”

Aktyorun sözlərinə görə ölü üçün “ehsan vermək” ifadəsinin əsl mahiyyətinə varmaq lazımdır:

“Əgər sənin belə çox imkanın varsa, atanın, ananın ruhunu şad eləmək istəyirsənsə, get 3-4 imkansızın balasının təhsil haqqını ödə. Yaxud 2-3 qoyun kəsdir, şəhid ailələrinə payla. Bax, ehsan budur, yoxsa, harınlamış adamların gəlib süfrə başında bir-iki tikə nəsə yeməyi deyil. Belə şeylər o qədər artıb ki, artıq tanıdığım bir neçə şadlıq sarayı mərasim evinə çevrilib. Oğluma toy elədiyim “Tural” restoranı indi mərasim zalına, yasxanaya çevrilib. Vallah, islahat aparmaq lazımdır. Bir hadisə eşitmişəm, deməli, Naxçıvanın rəhbər şəxlərindən birinin yaxını vəfat edib, deyib ki, mən ehsan verə bilərəm, amma vermirəm, məsləhət görürəm ki, heç kəs də verməsin. Ancaq çay, limon, qənd və halva olsun. İnanın yasını yola vermək üçün borca düşən adamlar görmüşəm. Soruşanda ki, niyə belə edirsən? Deyir ki, “Ay Rasim, camaat deyəcək anasının qədrini bilmədi”. Hər kəs ayağını yorğanına görə uzatmalıdır. İsrafçılıq etmək olmaz. Quranda da israfçılıq haramdır, belə olmaz”.//yenisabah.az

Son xəbərlər

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

Bütün xəbərlər