Taksi sürücüləri bu gündən cərimələnəcək? - AÇIQLAMA

"Dünəndən yayılan məlumatların əksinə olaraq, 1 yanvardan taksi sürücülərinə heç bir yeni cərimə yazılmayacaq".

"dogruxeber.tv" xəbər verir ki, bunu nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, bunun səbəbi də çox sadədir:

"Taksi fəaliyyətində müxtəlif qanun pozuntularına görə yeni cərimələr formal olaraq bu gündən qüvvəyə minsə də, tətbiq edilə bilməyəcək. Ona görə ki, taksi fəaliyyəti üçün yeni icazə sistemi hələ işə düşməyib. AYNA yeni sistemi tam işə salmalıdır, bu fəaliyyət üçün buraxılış vərəqələri və buraxılış kartları verilməlidir. Yalnız ondan sonra bu vərəqə və kartı almadan fəaliyyət göstərənlərə cərimə yazılması mümkün ola bilər. Hələlik heç kimə buraxılış vərəqəsi, buraxılış kartı verilməyib və verilmir. Hətta bu vərəqə və kartın verilməsinin bütün şərtləri (bütün tələblər) hələ tam hazır deyil. Onların verilmə proseduru da tam müəyyən edilməyib (yəqin ki, xüsusi elektron portal üzərindən rəsmiləşdirmə həyata keçiriləcək). Qeyd etdiyim məsələlərə tam aydınıq gətirilib, texniki məsələlər də həll edilənədək heç kimə yeni cərimələr yazıla bilməz və yazılmayacaq"

Ekspert bir məsələni xüsusi vurğulayıb ki, taksi sürücüsü üçün 2000 manatlıq cərimə ümumiyyətlə mövcud deyil:

"Belə böyük məbləğli cərimələr yalnız taksi sifarişi operatorları (aqreqatorlar) və taksi şirkətləri barəsindədir. Taksi sürücüsü barəsində buraxılış kartı olmadan bu işlə məşğul olmağa görə cəmi 50 manat cərimə nəzərdə tutulur. Eyni sürücü bunu il ərzində təkrar törətdikdə isə 80 manat cərimə var. Taksi sürücüsünə bundan artıq cərimə nəzərdə tutulmur. Digər tərəfdən, hələlik bu yeni cərimələri tətbiq edəcək dövlət orqanı da müəyyən edilməyib. Bu barədə Prezidentin fərmanı ilə İXM-in tətbiqi barədə Fərmana dəyişiklik olmalıdır. Həmin dəyişiklik də yoxdur. Ən əsası, hələlik bu cərimələrin heç biri tətbiq edilə bilməyəcək. Taksi fəaliyyəti ilə məşğul olanlar qorxmasınlar. Lakin işin gedişini izləsinlər və sistem işə düşəndə sənədlərini qaydasına salsınlar".

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər