Dənizdə hava ilə doldurma avarlı qayığı icazəsiz sürmək qadağandır — FHN-dən XƏBƏRDARLIQ

Hava ilə doldurma qayıq alan vətəndaşlara Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən xəbərdarlıq edilir. Vətəndaşların sözlərinə görə, FHN əməkdaşları onlara qayığı dənizdə istifadə etmələrinin təhlükəsizlik baxımından icazəli olmadığını bildirirlər.

"dogruxeber.tv" xəbər verir ki, bu barədə Pravda.az-a açıqlama verən Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili məsələyə aydınlıq gətirib.

Dənizdə hava ilə doldurma avarlı qayığı icazəsiz sürmək qadağandır — FHN-dən XƏBƏRDARLIQ

Şöbə rəisi bildirib ki, sözügedən hava ilə doldurma avarlı qayıq kiçik həcmli gəmilərin bir növüdür: “Qanunvericiliyə görə, kiçik həcmli gəmilər alındıqdan və gömrük orqanlarından keçdikdən sonra 10 gün müddətində dövlət qeydiyyatına salınmalıdırlar. Bunun üçün vətəndaş gəminin texniki sənədləri, o cümlədən alqı-satqı müqaviləsi və ya gəminin hansı yolla alınmasını təsdiq edən sənəd, qaimə, mühərriki varsa, mühərrikin sənədləri və şəxsiyyətini təsdiq edən sənədlə birlikdə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə yaxınlaşır. Sənədləri təqdim edir, ərizə kartını doldurur, bundan sonra xidmət əməkdaşları həmin qayığa baxış keçirirlər. Sonra xilasetmə vasitələri, yanğından mühafizə vasitələri təchizatı və digər təchizat avadanlıqları tələb olunur. Sırf təhlükəsizlik baxımından bunlar olmalıdır. Bunlar da öz qaydasındadırsa, artıq gəmiyə mülkiyyət sənədi olaraq gəmi bileti və texniki sənəd olaraq texniki talon təqdim edilir. Gəmi bileti verilərkən bort nömrəsi də verilir. Bort nömrəsi də qayığın üzərinə yazılır”.

Qurum rəsmisi xəbərdarlıq edib ki, dövlət qeydiyyatına alınmadan kiçik həcmli gəmilərin istismarı qanunvericiliklə qadağandır, inzibati məsuliyyət yaradır: “100 manat məbləğində cərimə edilir. Bu hal təkrarlanarsa, gəmi müvəqqəti saxlanca da yerləşdirilə bilər. Qeyd edim ki, avarlı qayıq idarə edənlər deyil, mühərrikli qayıq idarə edən vətəndaşlar mütləq sürücülük hüququ üçün sürücülük vəsiqələrinə malik olmalıdır. Sürücülük vəsiqəsi olmayan mühərrikli kiçik həcmli gəmilərin də istismarı qadağandır”.

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər