Gəmi sürmək üçün vəsiqə yeni qaydalarla veriləcək













Oxunma sayı: 644
Baş nazir Novruz Məmmədov “Kiçikhəcmli gəmiləri idarə etmək üçün sürücülük vəsiqələrinin verilməsi Qaydası”nı təsdiq edib.

“Qafqazinfo” xəbər verir ki, qaydalara görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti gəmilərdən təhlükəsiz istifadə olunmasının təmin edilməsi və onların idarə olunması vərdişlərinin öyrədilməsi üçün bu Qaydanın 6.3-cü bəndində göstərilən hər bir gəmi tipinin xüsusiyyətləri nəzərə alınmaqla, müvafiq tədris proqramı hazırlayır, gəmi sürücülərinin nəzəri və təcrübi biliklərinin yoxlanılması məqsədi ilə imtahanlar keçirir və keçirdiyi imtahanların nəticələrinə əsasən gəmi sürücülərinə gəmiləri idarə etmək üçün sürücülük vəsiqələri verir.

İmtahan komissiyasının tərkibi 3 (üç) nəfərdən az olmamaq şərtilə formalaşdırılır və hər təqvim ili yanvarın 10-dan gec olmayaraq, Xidmətin rəisi tərəfindən təsdiq edilir.

İmtahan biletləri tədris proqramı əsasında 10 (on) test sualından ibarət hazırlanır və Xidmətin rəisi tərəfindən təsdiq edilir.

Sürücülük vəsiqəsini almaq üçün imtahanlara səhhətinə görə həmin gəmiləri idarə etmək üçün yararlı hesab edilən və tədris proqramı üzrə xüsusi nəzəri və təcrübi hazırlığa malik olan 18 (on səkkiz) yaşına çatmış şəxslər buraxılırlar.

İmtahanlar komissiya üzvləri tərəfindən tədris proqramı əsasında keçirilir.

Nəzəri imtahanın nəticələri “məqbul” və “qeyri-məqbul” qiymətləndirilir. İmtahan biletinin 10 test sualından ən azı 9-nu düzgün cavablandıran “məqbul”, 8 və daha azını düzgün cavablandıran isə “qeyri-məqbul” qiyməti alır.

İmtahanlardan “məqbul” alan gəmi sürücüsünə 10 (on) gün müddətində sürücülük vəsiqəsi verilir.

Sürücülük vəsiqəsi 5 (beş) il müddətinə verilir.

6.3. Sürücülük vəsiqəsində aşağıdakı gəmi tipləri qeyd edilir:
6.3.1. stasionar mühərrikli qayıq;
6.3.2. asma mühərrikli qayıq;
6.3.3. yelkənli qayıq;
6.3.4. yelkənli mühərrikli qayıq;
6.3.5. hidrosikl.

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər