gundem / dunya / sou
6.05.2020
Qazaxıstanlı məmurun həyat yoldaşı karantin qaydalarını pozdu və özünü belə ələ verdi

Bəzən karantin qaydalarını pozanlar sosial şəbəkələr vasitəsilə aşkarlanır. Qazaxıstan paytaxtında icra başçılarından birinin müavininin həyat yoldaşı özünü ələ verib.
Bu barədə “Sputnik” xəbər yayıb.
Bildirilir ki, Nurbiqul Yegizova Nur-Sultan şəhərində koronavirusla bağlı karantin tədbirləri yumşaldılmamış gözəllik salonuna gedib. Sonra isə özünün “Instagram” səhifəsində lovğalanmağa başlayıb.
Lakin bu hərəkəti ona baha başa gəlib. Məmurun həyat yoldaşı 27 780 tenge (112 AZN) cərimələnib.
Qadın isə pis heç nə etmədiyini bildirib.


