gundem / idman / dunya
4.01.2023, 16:30
“Barselona” cərimələndi
İspaniya La Liqası "Barselona"nı böyük məbləğdə cərimələyib.
"dogruxeber.tv" xəbər verir ki, buna Kataloniya təmsilçisinin maliyyə feyr-pley qaydalarını pozması səbəb olub.
Klub 2021/2022 mövsümündə maaş limitinə riayət etmədiyi üçün 800 000 avro cərimə ödəyəcək.
Daha əvvəl La Liqanın prezidenti Xavyer Tebas bildirib ki, "Barselona"nı qarşıdakı mövsümlərdə də analoji cəza gözləyir.



