idman
1.06.2018, 03:14
Fenomen Ronaldo İspaniyada klub almaq istəyir

Əfsanəvi braziliyalı futbolçu Ronaldo İspaniyada klub almaq istəyir.
“Qafqazinfo” xəbər verir ki, sabiq futbolçu İspaniyanın aşağı divizonunda (Sequnda) çıxış edən “Real Valyadolid”i almaq üçün hərəkətə keçib.
O, 30 milyon avro təklif etsə də, klub prezidenti Karlos Suares bu rəqəmin az olduğunu bildirib və təklifi rədd edib.
Ronaldonun məbləği artırıb-artırmayacağı ilə hələlik bilinmir.


