sosial
3.11.2020, 12:20
Qəbələdə yeni yaşayış binasının tikintisinə başlanılacaq

Qəbələ Rayon İcra Hakimiyyəti dəyəri 2,66 milyon manat həcmində müəyyənləşən açıq tenderinə yekun vurub.
dogruxeber.tv Oxu.az-ın dövlət satınalmaları portalından əldə etdiyi məlumata əsasən bildirir ki, müsabiqənin qalibi “Baku Building” MMC şirkəti olub.
Belə ki, müsabiqənin şərtlərinə əsasən, Qəbələ şəhərində 48 mənzilli yaşayış binasının tikintisi işləri şirkətə həvalə olunub.
Yaşayış binasının tikintisi işlərinin təmin olunmasına 2 milyon 658 min 820 manat sərf olunacaq.


