gundem / sosial
27.10.2020
AMEA 1,5 milyon manatlıq təmir işləri aparacaq

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin elan etdiyi müsabiqə yekunlaşıb.
dogruxeber.tv bildirir ki, müsabiqənin qalibi “Azəraqrartikinti” ASC olub.
Müsabiqə üzrə şirkətə AMEA-nın Sumqayıt şəhərində Polimer Materialları İnstitutunun binasında yarımçıq qalmış təmir işlərinin davam etdirilməsi həvalə olunub.
Belə ki, şirkət tərəfindən cari işlərin aparılmasına 1 milyon 499,4 min manat sərf ediləcək.
(Oxu.az)


