Ağstafada büdcə pulları rəsmən TALAN OLUNUR... - FAKT BUDUR!

dogruxeber.tv: - Ağstafa rayonu İcra Hakimiyyəti başçısının Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi bu gün şəhərdə abadlıq işlərinin satınalınması müsabiqəsinə yekun vurub.

325 min 727 manat 39 qəpik məbləğində olan tenderin qalibi “Meqa An İnşaat” MMC olub.

Tenderin şərtlərinə görə, şirkət abadlıq müxtəlif həcmdə abadlıq işləri görəcək.

Qeyd edək ki, “Meqa An İnşaat” MMC 1 dekabr 2009-cu il tarixdə qeydiyyata alınıb və 07.08.2020 tarixində reyestr məlumatlarına dəyişiklik edilib. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Ağstafa şəhəri, M.Ə.Sabir küçəsi, ev 9-da yerləşir. MMC-nin qanuni təmsilçisi isə Aslanov Yaşar İmamverdi oğludur.

Məlum olub ki, Ağstafa Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderlərin qalibi olmaqda “Meqa An İnşaat” MMC liderdir. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunmuş Nizaməddin Quliyevin Ağstafada icra başçısı olduğu zamandan başlayaraq sözgedən MMC rayonda əksər satınalmaların qalibi olmaqdadır. Məsələn, İcra Hakimiyyəti 1 mart 2018-ci il tarixdən 14 noyabr 2020-ci il tarixə qədər 19 tender keçirib. Tenderlərin 4-nün qalibi “Meqa An İnşaat” MMC olub. Satınalma müqavilələrində Ağstafada qeyri yaşayış binalarının təmiri (bağça), abadlaşdırma xidmətləri haqqının ödənilməsi və rayonda yolların əsaslı təmiri işləri nəzərdə tutulur. Ümumilikdə, şirkətə bunun üçün 487 410 AZN ödənilib.

Maraqlı məqamlardan biri də “Meqa An İnşaat”a məxsus VÖEN-in vaxtilə “Səma MM İnşaat”a məxsus olmasıdır. Bu şirkətin qanuni təmsilçisi də Yaşar Aslanov olub. Şirkət 2020-ci ildən adını “Meqa An İnşaat”-a dəyişib. Ən azından VÖEN nömrələrinin eyniliyi bunu deməyə əsas verir.

Ağstafa Rayon İcra Hakimiyyətinin tenderlərində “Səma MM İnşaat” MMC-nin əhəmiyyətli payı var. Şirkət İcra Hakimiyyətindən 2 227 692 AZN məbləğində dövlət sifarişi alıb.

Görünür, “Səma MM İnşaat” MMC ilə tender maxinasiyalarını davam etdirmək mümkün olmayıb. Ona görə də dövriyyəyə “Meqa An İnşaat” MMC girib.

Yeri gəlmişkən xatırladaq ki, satınalmalar üzrə dövlət qurumunun saytında yer alan məlumatlara görə, MMC 19.11.2019 tarixindən indiyə kimi 16 tenderin qalibi olub. Bu tenderlərin 6-sını “Səma MM İnşaat” adı ilə udub. digər bir maraqlı məqam isə odur ki, şirkətin qalib gəldiyi tenderlərin yalnız ikisini Qazax Suvarma Sistemləri İdarəsi, 14-unu isə Ağstafa rayonunda fəaliyyət göstərən dövlət qurumları keçirib.

Bu arada onu da qeyd edək ki, bu gün 325 minlik tenderin qalibi olan “Meqa An İnşaat” MMC-nin məcburi dövlət öhdəliklərinin yerinə yetirilməsində də axsayır. Məsələn, şirkətin bu günə olan vergi borcu 60 manat təşkil edir. Məbləğindən asılı olmayaraq vergi borcu olan şirkətlərin satınalmalarda iştirakı mövcud qanunvericiliklə məhdudlaşdırılır.

Ağstafada büdcə pulları rəsmən TALAN OLUNUR... - FAKT BUDUR!

Göründüyü kimi, Ağstafanın yeni və gənc icra başçısı Seymur Orucov da sələfi Nizaməddin Quliyevin ənənəsini davam etdirməkdədir… //AzToday.az//

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər