dunya
25.07.2018, 08:57
Sankt-Peterbuqrda partlayış baş verib: ölənlər var

Rusiyanın Sankt-Peterbuqr şəhərində qaz balonunun partlaması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. dogruxeber.tv in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Lermontov küçəsindəki fərdi evlərdən birinin qarajında baş verib.
Partlayış nəticəsində qaraj tamamilə, ev isə qismən uçub.
Araşdırma aparılır.


