dunya
8.04.2018, 08:52
Cenevrədə restoranda partlayış baş verib, 15 nəfər xəsarət alıb

Cenevrədəki restoranlardan birində qaz balonu partlayıb, nəticədə 15 nəfər xəsarət alıb. dogruxeber.tv ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində xəsarət alanlardan 8 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına tibbi yardım hadisə yerində göstərilib.
Xəsarət alanlar arasında restoranın işçiləri və müştərilər var.
Partlayışın səbəbi müəyyənləşdirilir.


